Əksər alıcıların mağazada düşdüyü tələlər

Alıcılar mağazada əsl şou iştirakçılarını xatırladır. Hər gün böyük bir marketoloq ordusu onları izləyir və daha hiyləgər üsullar düşünüb yaratmaq üçün onların müştəri davranışlarını diqqətlə müşahidə edirlər.

Banker.az saytı aşağıda mağazalarda alıcılar üçün satıcılar tərəfindən nəzərdə tutulmuş “tələlər”-dən bəhs edəcək.

Xarici görünüş

Qida fotoqrafları məhsulun təzələyini vurğulamaq, onu daha iştahlı və cəlbedici etmək üçün üzərinə su damcıları əlavə edirlər. Bazarlarda meyvə və tərəvəz satıcıları da eyni üsuldan istifadə edirlər. Bütün bunları görən müştəri isə iştaha gəlir və planlaşdırılmamış alış-veriş edir.

Qiymət əlavəsi

Demək olar ki, hər bir alıcı bu fəndin təsirinə düşür. Fəndin işləmə mexanizmi belədir: müştəriyə ilk olaraq qiyməti ən yüksək olan məhsul, daha sonra isə ən ucuz məhsul göstərilir. Ən son göstərilən məhsula məhz ən böyük qiymət əlavəsi edilir. Qiymət əlavəsindən restoranlar da uğurla istifadə edir. Eyni bir sunun qiyməti mağaza və restoranda bir-birindən fərqlənir. Restoranda olan məhsulun keyfiyyətinə inam daha yüksək olduğundan qiymət mağazada olduğundan 1-2 dəfə çox olur. Bu bir növ keyfiyyət göstəricisi rolunu oynayır.

Yalançı endirimlər

Mağazalarda adətən məhsulun üzərində onun əvvəlki qiyməti ilə hazır ki endirimli qiymətini təsvir edən lövhə asılır. Həqiqi endirim olmadan belə bu cür endirim lövhəsindən istifadə etmək mümkündür. Belə ki, məhsulun qiymətinin guya əvvəl baha yüksək olduğunu nümayiş etdirmək üçün “köhnə qiymət”-i 20% bahalaşdırırlar. Məhsulun əsl qiymətinin əvvəl nə qədər olduğunu isə çox az insan xatırlayır.

Ölçünün kiçildilməsi

Nəhəng brendlərin və supermarketlərin sevərək istifadə etdiyi bu fənd onlara qiyməti artırmadan sabit gəliri saxlamağa imkan verir.

Böyük araba

Müştəri zənbil deyil, məhz olaraq araba götürdükdə 40% daha çox pul xərcləyir. Lakin bir şərtlə ki, alıcı böyük ailə üçün və yaxud həftəlik alış-veriş etmirsə. İlkin vacib məhsullar – çörək, süd, çay və s. marketin ən sonunda və yaxud müxtəlif künclərdə yerləşir. Bu yerləşmə formasının əsas mahiyyəti müştəriyə yol boyu üçüncü dərəcəli məhsulları aldırmaqdır. Bəzi supermarketlərdə hərəkət xətti saat istiqamətinin əksinə təşkil edilib ki, bu da alış-veriş siyahınızda olmaya məhsulları da əldə etməyinizə səbəb olur.

Antropomorfizm

Predmetlərə insan keyfiyyətlərinin verilməsi Antropomorfizm adlanır. Məsələn, “Cars”, “Minions” cizgi filmləri və Pixar studiyasının lampası – bütün bunlar Antropomorfizmə ən uğurlu nümunələrdir. Ticarət nişanı qida məhsullarının qablaşdırılması zamanı heyvan talismanlarından istifadə edirsə, alıcılar onlara qarşı simpatiya duyur və nəticədə satışlar artır.