Əməkdaşlarının məzuniyyətə getməsi üçün pul ödəyən şirkətlər

Bir çox şirkət əməkdaşlarının işgüzarlığını və məzuniyyətə getməmələrini yüksək qiymətləndirir. Lakin bəzi şirkətlər də var ki, tabelərində olan insanların öz qanuni istirahətlərindən tez-tez istifadə etməklərini istəyir. Onlar hətta öz əməkdaşlarına bu məqsəd üçün əlavə məbləğ də ödəyir. Çünki həmin şirkətlər inanırlar ki, istirahət etmiş əməkdaş – effektiv əməkdaşdır.

Banker.az bu düşüncəyə sahib şirkətlərin siyahısını təqdim edir:

Basecamp

Şirkət artıq 7 ildir ki, əməkdaşlarının məzuniyyət xərclərini qarşılayır. Hər il Basecamp şirkətində 16 məzuniyyət təklifindən ibarət siyahı tərtib edilir və şirkətdə artıq 2 ildən artıq müddət ərzində işləyən əməkdaşa bu siyahıdan bir seçim etməsi təklif edilir. Basecamp CEO-su Ceyson Frayd bildirib ki, hər bir səyahətin dəyəri təqribən 4000-5000 dollar təşkil edir.

SteelHouse

SteelHouse marketinq agentliyi əməkdaşlarına ildə məzuniyyət üçün 2000 dollar verir. Bu təcrübə isə artıq 2011-ci ildən şirkətdə tətbiq edilir.

BambooHR

BambooHR şirkətində 6 aydan çox şirkət üçün ƏS-nin yaradılmasında iştirak edən hər bir əməkdaş ildə dünyanın istənilən nöqtəsinə səyahət etmək üçün 2000 dollar əldə edir. Şirkət keçən ildən başlayaraq bu metoddan istifadə edir. Şirkət CEO-su hesab edir ki, həftədə 60, 80, 90 saat işləyib, maksimum şəkildə məhsuldar və diqqətli qalmaq olmaz.

G Adventures

G Adventures turizm şirkəti bütün bir ayı işləyən əməkdaşa özünün təklif etdiyi 700 turlardan birini seçməsini və oraya pulsuz yollanmasını təklif edir. Bu təklifdən ildə bir dəfə yararlanmaq olar. 17/16 gecəlik turun dəyəri adətən 3000-4000 dollar təşkil edir.

FullContact

Məzmun idarəedilməsi üzrə FullContact şirkəti hər il əməkdaşlarına məzuniyyət üçün 7500 dollar ödəyir. Əməkdaşlar bu pulları əldə etmək üçün bir sıra tələbləri yerinə yetirməlidir. Məsələn, məzuniyyətə getməli, internetdən tamamilə uzaq olmalı və bir saniyə belə olsun iş haqqında düşünməməli.

Moz

Moz marketinq şirkəti əməkdaşlarına  21 gün haqqı şirkət tərəfindən ödənilən məzuniyyət və üstəlik xərclərə təzminat olaraq 3000 dollar təklif edir. Şirkət bu ideyanı FullContact şirkətindən “borc” götürüb.

Evernote

Evernote şirkətinin əməkdaşları ildə minimum 5 gün istirahət götürürlərsə şirkət tərəfindən bonus olaraq 5000 dollar əldə edirlər. Daha doğrusu, 3 günlük kiçik istirahət götürsəniz bonus əldə etməyəcəksiniz. Şirkət düşünür ki, mümkün qədər çox istirahət etməlisiniz.

AFAR Media

AFAR Media şirkətinin ştatda olan əməkdaşları ildə haqqı şirkət tərəfindən ödənilən 30 istirahət günü və səfərə təzminat formasında 2000 dollar qazanırlar.

Airbnb

Airbnb şirkətinin hər bir əməkdaşı hər il şirkətin dünyanın istənilən nöqtəsində olan lokasiyasına ödəniş üçün 2000 dollarlıq kupon əldə edir.

The Motley Fool

Hər ay şirkətdə pük atılır və adı çıxan əməkdaş iki həftəlik məzuniyyətə göndərilir. Şirkət öz əməkdaşının 1500 dollar həcmində olan bütün xərclərini qarşılayır. Bundan əlavə, əməkdaş karyera artımı ilə daha böyük imkanlar qazanır.

Qeyd edək ki, bir çinli şirkət 13 milyon avro sərf edərək  özünün 6400 əməkdaşını istirahət üçün Paris və Nitsa şəhərlərinə göndərmişdi.