İstehlak kreditlərinin bir növü olan və təyinatı daşınmaz əmlakın və ya mənzilin alınması olan “İpoteka” kreditlərinə olan maraq son dövrlərdə kəskin şəkildə artmışdır.

 Bunun səbəbi kimi, ölkədə 2-3 ildir davam edən böhranın səngiməsini, əhalinin gəlirlərinin artmasını və dövlətin daha dəqiq desək İpoteka Fondunun kommersiya banklarına ayırdığı limitlərin həcmini göstərə bilərik. Banklar üçün bir o qədər də gəlirli məhsul hesab edilməsə də, İpoteka kreditləri sosial rifahin təmin edilməsi və banklara qarşı müştəri bağlılığın yaradılması baxımından önəmli məhsuldur.

İpoteka kreditləri ərizəçinin sosial status baxımından “güzəştli” və “adi” ipoteka olmaqla 2 yerə ayrılır. “Güzəştli” ipoteka – şəhid ailələri və milli qəhrəman ailələrinin üzvlərinə, elmi dərəcəsi olanlara, dövlət qulluqçularına və ya dövlət hökümət qarşısında xüsusi xidmətlərinə görə fərqlənən gənc ailələrə verilir. “Güzəştli” ipoteka şərtləri adından da göründüyü kimi, adi ipoteka şərtləri ilə müqayisədə kifayət qədər loyaldır və demək olar ki, bütün banklarda standart şəkildə təqdim edilir. Belə ki, kreditin maksimal müddəti 30 il, illik faiz dərəcəsi is 4% təyin edilir. Bizim bugün toxunacağımız məqam isə, bankların təklif etdiyi şərtlər baxımından müəyyən fərqlilikləri olan “adi” ipoteka şərtləridir. Qeyd edilən fərqlər əsasən 3 istiqamətdə nəzərə çarpır – kreditin illik faiz dərəcəsi, bank xərcləri və ilkin ödəniş məbləği. Kreditin maksimal məbləği (150 000 AZN) və müddəti (25 il) şərtləri isə standartdır. Aşağıdakı cədvəldə İpoteka krediti təklif edən və yuxarıda qeyd edilən 3 şərt (ilkin ödəniş, faiz və bank xərcləri) üzrə fərqlənən şərtlər qeyd edilmişdir. Bu məlumatların yeni ev və ya mənzil almaq istəyən oxuculara daha sərfəli şərtləri seçməkdə yardımçı olacağına əminik.

Bank İlkin ödəniş məbləği, %-lə İllik faiz dərəcəsi Bank xərcləri
Azər Türk Bank 30% 7% 0.1%
Bank Avrasiya 20% 7.5% 0.1%
Bank BTB 20% 8% 0.1%
Bank Respublika 25% 8% 0.1%
VTB Bank 20% 7% 0.1%
Expressbank 20% – 25% 7% 0.1%
Günay Bank 15% – 25% 7% – 8% 0.1%
Kapital Bank 30% 8% Nəzərdə tutulmayıb
NBC Bank 15% 7% 0.1%
Nikoil Bank 15% 8% 0.1%
PASHA Bank PAŞA Bank əmək haqqı kart sahibləri üçün  25% /  digər müştərilər üçün 30 % PAŞA Bank əmək haqqı kart sahibləri üçün 7% / digər müştərilər üçün 8% 0.1%
Rabitəbank Maaş 1000 AZN-dən çox olduqda – 15%

Maaş 1000 AZN-dən az olduqda – 20%

7% 0.1%
TuranBank 30% 7% 0.1%
Unibank 20% 8% 0.1% (min.50 AZN)
Xalqbank 30% 8% 0.1%
Yapikredibank 30% 8% 0.1%

 

Bank xərcləri sütununda qeyd olunan komissiya bankin kreditin rəsmiləşdirilməsinə görə tətbiq etdiyi komissiyadır. Bu komissiyadan əlavə kredit əldə edən hər bir müştəri tərəfindən, notarius və əmlakın qiymətləndirməsi xərcləri, həmçinin əmlak sığortası və həyat sığortası komissiyaları ödənilməlidir. Müvafiq komissiyalar bankların əməkdaşlıq etdiyi şirkətlər tərəfindən tətbiq edildiyi üçün yalnız banka yaxınlaşdıqda məlumat verilir.