Banklar tərəfindən, kredit şərtləri hazırlanarkən ən çox müzakirə mövzusu obyektinə çevrilən şərtlərdən biri kreditin müddəti şərtidir. Bu şərt adətən Bankın fiziki və hüquqi şəxslərdən cəlb etdikləri depozitlərin müddəti ilə tənzimlənir. Əgər bir bank, kredit şərtlərində müddət limitini artırırsa deməli Bankın uzunmüddətli cəlb etdiyi vəsaitin həcmi artıb əv ya əksinə. Nağd şəkildə rəsmiləşdirilən istehlak kreditləri riskli kreditləri kateqoriyasına aid edildiyi üçün Banklar bu məhsulu uzun müddətə rəsmiləşdirməkdə çox da maraqlı deyillər. Bu səbəbdən adıçəkilən məhsul üzrə maksimum müddət adətən 24 ay, bəzi istisna hallarda isə 36 aya qədər olur. Lakin son dövrlərdə bazardakı canlanmanın nəticəsi olaraq pərakəndə bazarda iddialı olan banklar kredit müddətini 48 aya qədər artırdı. Bu təbiidir ki, daha uzun müddət kredit məbləğinin daha yüksək olmasına imkan verir. Yaxın zamanlarda kredit əldə etməyə hazırlaşan oxucularımız üçün bu məlumatın faydalı olacağınızı nəzərə aldıq və bazar araşdırması apardıq. Qarşılaşdığımız maraqlı məqamlardan biri də odur ki, bəzi banklar müddət şərtini bütün müştəri kateqoriyalarına aid etsə də, bəzilərində bu şərt müştərinin iş yeri, kredit tarixçəsi və s.digər tələblərdən asılı olaraq dəyişir. Qeyd edilənlərlə daha ətraflı aşağıda tanış ola bilərsiniz.

 

Bank Məhsulun adı Nağd kredit üzrə müddət şərti
Beynəlxalq Bank Əmək haqqı krediti

Penisya krediti

Minimum 3 ay – Maksimum 60 ay
Express Bank Asan kredit Minimum 3 ay – Maksimum 48 ay
Atabank Ekspress kredit Minimum 6 ay – Maksimum 36 ay
Kapital Bank Gündəlik tələbat krediti Minimum 3 ay – Maksimum 48 ay
Azərtürkbank Nəğd kredit (20 000 AZN) Minimum 6 ay – Maksimum 48 ay
Turanbank Kiçik həcmli istehlak krediti Minimum 6 ay – Maksimum 24 ay
Bank Respublika Nağd istehlak krediti Minimum 6 ay – Maksimum 36 ay

Qeyd: 25 – 36 ay müddətinə kreditlər, ümumi iş stajı 2 ildən çox olan və kredit tarixçəsində gecikmə olmayan müştərilərə verilir.

AccessBank Nağd kredit Minimum 6 ay – Maksimum 24 ay
Bank BTB Nağd Pul krediti Minimum 3 ay – Maksimum 36 ay
Nikoil Bank Nağd kredit Minimum 6 ay – Maksimum 36 ay
Unibank Nağd kredit Minimum 3 ay – Maksimum

  • Dövlət sektorunda çalışanlar üzrə – 48 ay
  • Özəl sektorda çalışanlar üzrə – 36 ay.
Bank of Baku Nağd Pul krediti Minimum 3 ay – Maksimum

  • Bankın partnyor şirkətləri və Təhsil /Səhiyyə işçiləri üzrə – 48 ay
  • Təqaüdçülər üzrə – 36 ay
  • Bankın partnyoru olmayan şirkətlər üzrə – 24 ay.
Yapıkredibank Nağd kredit Minimum 3 ay – Maksimum 36 ay
Rabitə Bank Nağd Pul krediti Minimum 6 ay – Maksimum 36 ay

Qeyd: 25 – 36 ay müddətinə kreditlər,  məbləğ 1500 AZN-dən çox olduqda rəsmiləşə bilər.

AFB Bank Standart istehlak krediti Minimum 6 ay – Maksimum 24 ay
📝 RƏY BİLDİR