24 C
Baku
Sunday, June 16, 2024

​”Bank Standard”ın əmanətçiləri bankdan narazılıq edir

Bu gündən “Bank Standard” QSC-də 1 000 manatdan artıq əmanəti olanların pullarının verilməsinə başlanıb. Agentliyin əməkdaşları Bankın baş ofisində əmanətlərin qaytarılması prosesini izləyiblər.

Müşahidələr nəticəsində məlum olub ki, əmanətçilərə ödənişlər narazılıqla müşahidə olunur. Məsələ ondadır ki, “Bank Standard” 1 əmanətçiyə 5 min manatdan artıq pul ödəmir. Əlavə məbləğ üçün əmanət sahibləri 1 ay gözləməlidir. Yəni, bir nəfər üçün ödənişin limiti aylıq 5 min manat məbləğindəmüəyyən edilib.

Bundan başqa, “Bank Standard”da dollarla əmanəti olanların pulları xarici valyutada deyil, milli valyutada qaytarılıb. Bu zaman ABŞ dollarının məzənnəsi 1,54 AZN/USD götürülür. Halbuki, Bankın özündə ümumiyyətlə dollar satılmır, digər banklarda isə dolların satış qiyməti 1,60 AZN/USDətrafındadır. Bu səbəbdən də “Bank Standard”ın əmanətçiləri bankdan narazılıq edirlər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanıb. Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq,fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.

Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sanasiya proqramına görə, “Azər-Türk Bank” tərəfindən 3 avqust 2016-cı il tarixinədək “Bank Standard”ın idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Bu arada bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait təmin olunub. Banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər