​”Xalq Bank” bir neçə kredit məhsulunun faizlərini artırdı​

ASC “Xalq Bank” bir neçə kredit məhsulunun faizlərini artırmaqla yanaşı xarici valyutada verlişini dayandırıb.

Banka məxsus Kredit kartının verilmə şərtlərində bir neçə dəyişiklik baş verib.

Banker.az-ın monitorinq qrupunun əldə etdiyi məlumata görə, Bankın kredit kartının maksimal verilmə məbləği 2 dəfə artırlaraq 50 min manata çatdırlıb. Bundan əlavə, faizləri 16-28%-dən 20-28%-ə qaldırılıb. Kartların xarıci valyutada – dollar və avroda verilməsi dayandırılıb.

Digər maraqlı məqam isə təhsil kreditinin kreditləri ilə bağlıdır. Bundan öncə “Təhsil krediti” məhslunu Bank yalnız ABŞ valyutası (USD) ilə verirdisə bundan sonra artıq yerli manatda verəcək.

Bundan əlavə, “Xalq Bank” təhsil kreditlərinin faizlərini belə artırıb:
– fiziki və hüquqi şəxlərin zaminli ilə – 22-28% (əvvəl 17:30);
– avtonəqliyyat vasitələrinin girovu – 22-28% (əvvəl 16-19%);
– daşınmaz əmlakın girovu – 20-28% (əvvəl 16-19%).

Digər fiziki şəxlər üçün nəzərdə tutduğu “Məvacib+” kredit məhslunun illik faiz dərəcəsini 18%-dən 20%-ə qaldırıb.

Xalq Bank istehlak kreditlərinin də faiz dərəcələrini artırmalı olub.

Dəyişiklər belədir:
– daşınmaz əmlakın girovu – 20-28% (əvvəl 16:22);
– avtonəqliyyat vasitələrinin girovu – 22-28% (əvvəl 16-22%);
– zaminlik əsasında – 20-28% (əvvəl 20-28%).