26 C
Baku
Saturday, April 20, 2024

Əcnəbi bank nədir?

Əcnəbi bank – bütünlüklə və yaxud qismən əcnəbi kapitala (şəxsi, kollektiv və yaxud hökumət) məxsus olan və hər şeydən əvvəl onun maraqlarına uyğun fəaliyyət göstərən bankdır. Əcnəbi bankın fəaliyyəti milli qanunvericiliyin səlahiyyəti altındadır və olduğu ölkənin maraqlarına istiqamətlənir.

Kapitalizmin yüksək inkişaf mərhələsində əcnəbi bankların mövcudluq rolunu beynəlxalq bank monopoliyalarının əcnəbi filial və bölmələri oynamağa başlayır. Beləliklə, 1914-cü ildə Londonda 29 innovativ bank var idi.

50-ci illərin əvvəlində demək olar ki, 1250, 70-ci illərin əvvəlində isə 2700-dən çox bank bölməsi, agentlik və əcnəbi nümayəndəlik fəaliyyət göstərirdi. Bu dövr ərzində Londonda, Nyu-Yorkda və dünyanın digər maliyyə mərkəzlərində belə bankların sayı əhəmiyyətli dərəcədə artmışdı. 70-ci illərin əvvəlində onların sayı Londonda təqribən 180, Nyu-Yorkda isə 81 idi. Cəmi bir 10 illik ərzində əcnəbi bankların sayı göstərilən ərazilərdə ikiqat, hətta üç qat artmışdı. Son 10 illikdə isə belə mərkəzlər Sinqapur, Hon Konq və s. yerlərdə də peyda olmuşdur.

Əcnəbi banklar xarici ticarət əlaqələrini, həmçinin ödəniş balansındakı kəsrləri, dövlət büdcəsindəki kəsrləri maliyyələşdirir, transmilli sənaye şirkətlərinin xidmət fəaliyyətini genişləndirir, layihə maliyyələşməsi, məlumatlandırma və konsultasiya xidməti kimi əməliyyatlar icra edir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər