18 C
Baku
Wednesday, May 8, 2024

Əcnəbilər üçün dünyanın ən bahalı şəhərləri hansılardır?

Mercer Human Resource konsaltinq qrupunun versiyasına görə, əcnəbilər üçün 2015-ci il üzrə dünyanın ən bahalı şəhəri Anqola paytaxtı Luanda oldu. Luanda 2010-2011-ci illərdə reytinqin lideri olmuş, 2012-ci ildə yerini Tokio şəhərinə vermiş, lakin 2013-cü ildən statusunu geri qaytarmışdır.

Qeyd edək ki, Honq Konq 2-ci, Zürih isə 3-cü pillədə qərarlaşmışdır. Bundan əlavə, əcnəbilər üçün dünyanın ən bahalı şəhərləri reytinqinə Sinqapur, Cenevrə, Şanxay, Pekin, Seul, Bern və Ndcamena (Çad) şəhərləri daxil olmuşdur.

Cənubi Amerikanın ən bahalı şəhəri adını isə Buenos-Ayres qazanmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər