4 C
Baku
Friday, March 29, 2024

Ədliyyə işçilərinə istehlak kreditləri endirimlə

Expressbank-dan ədliyyə işçilərinə endirimlər var. Expressbank qarşıdan gələn 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə ədliyyə orqanlarında çalışan hər kəsi təbrik edir və onlara xüsusi endirimlərlə komissiyasız kredit məhsulları təklif edir. Belə ki, 17 – 27 noyabr tarixlərində bütün ədliyyə orqanları əməkdaşları istənilən Expressbank filialına yaxınlaşmaqla illik faiz dərəcəsinə 2% endirim ilə nağd pul krediti götürə bilərlər. Üstəlik, kreditin ayrılmasına görə nağdlaşdırma və təhlil komissiyaları da 0% təşkil edəcək. Ən əsası isə – manatla və heç bir girov tələb olunmadan!

 

Kampaniya çərçivəsində müştərilər 15.000 AZN – dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir.

Müştərilərin vaxtına qənaət məqsədi ilə Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 4000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz

 

Son xəbərlər
Digər xəbərlər