22 C
Baku
Thursday, April 25, 2024

Ədliyyə Nazirliyi işçi axtarır: 5 vakansiya

Ədliyyə Nazirliyində yaradılmış informasiya-kommunikasiya texnologiyaları idarəsində vakant vəzifələrin zəruri hazırlığa malik peşəkar mütəxəssislərlə komplektləşdirilməsi üzrə elan olunmuş açıq müsabiqədə iştirakla bağlı hazırda sənəd qəbulu davam edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə qanunvericiliyin tələblərinə cavab verən aşağıda göstərilən sahələrdə xüsusi biliklərə malik Azərbaycan Respublikası vətəndaşları iştirak etməyə dəvət olunur:

1. Mühəndis-proqramçı

Proqramlaşdırma bilikləri: C#, ASP.NET MVC, WebAPI, AngularJS (JAVA, Android, İOS, Ajax, HTML, CSS, JavaScript, JQuery, Ajax – üstünlük verilir);

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle, PL/SQL (üstünlük verilir);

Java veb texnologiyaları: Servlet, JSP, JSF, Primeface (üstünlük verilir);

Veb-servislər: SOAP, Restful, DevExpress (üstünlük verilir).

2. Veb-dizayner

HTML5, CSS3, Bootstrap Framework, JavaScript, JQuery, Prototype, Angular;

Photoshop, Corel DRAW (Adobe İllustrator, AfterEffects, Premiere – üstünlük verilir);

3. Məlumat bazası üzrə analitik

Məlumat bazası bilikləri: MySQL, MsSQL, Oracle;

Əməliyyat sistemləri: Linux, Windows Server 2008, 2012 R2; (üstünlük verilir)

Məlumat bazalarındakı məlumatların analiz edilməsi, hesabatların alınması, backup/restore bacarığı.

4. Sistem inzibatçısı

Əməliyyat sistemləri: Windows Server (2008, 2012, 2016), Linux (RHEL, CentOS, Scientific – üstünlük verilir);

Virtualizasiya: VMware 5.0, 6.0;

Application server: İİS 7.0, 7.5, 8.0, Tomcat 7, 8, Glassfish 3, 4; (üstünlük verilir)

Serverlərin sazlanması, əməliyyat sistemlərinin yüklənməsi, Domain, DNS və SSL sertifikatların quraşdırılması.

5. İnformasiya sistemlərinin təhlükəsizlik analitiki

Təhlükəsizliyin müəyyən edilməsi metodları və həllərinin idarə olunması;

Təhlükəsizliklə bağlı monitorinq və analizlərin həyata keçirilməsi, hesabatların hazırlanması;

Davam edən təhlükəsizliyin qiymətləndirilməsi, həllinin müəyyən edilməsi;

CİSSP və ya CEH sertifikatı olanlara üstünlük verilir.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər CV formalarını Ədliyyə Nazirliyinin kadrlar və informasiya-kommunikasiya texnologiyaları idarələrinə təqdim edə bilərlər (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1 və Azadlıq prospekti 72).

Aidiyyəti məsələlərə, o cümlədən tələb olunan sənədlərin siyahısına dair nazirliyin internet səhifəsində (www.justice.gov.az) və (012) 404-42-51 telefonu vasitəsilə əlavə məlumat almaq olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər