18 C
Baku
Tuesday, April 23, 2024

“Universitetlərimizin tədqiqatlarla bağlı hazır məhsulları olmalıdır”

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə “Novruz mühazirələri çərçivəsində iqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: Qlobal çağırışlar və yeni imkanlar” mövzusunda elmi-praktik konfrans keçirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də digər qurumlar arasındakı əlaqələrə toxunub. O, bugünün əmək bazarına cavab verən kadrları yetişdirmək təhsil ocağının sahibkarlarla birgə işləməyə hazır olduğunu bildirib.

ASK-nın prezidenti Məmməd Musayev tələbələrin biznes mühitində formalaşmasına diqqət çəkib.

“Universitetlərimizin tədqiqatlarla bağlı hazır məhsulları olmalıdır. Bu araşdırmalar daha konseptual xarakter daşıya bilər, sahibkar yalnız onun bir hissəsindən istifadə edə bilər. Bu gün iqtisadiyyatda bəzən tələb təklifi yox, təklif tələbi yaradır. Əgər bizim sahibkarlar görsələr ki, universitetlərimizdə onların fəaliyyətinin səmərəliliyinə təsir göstərəcək hazır işlər var, onlar özləri sizə yaxınlaşacaqlar.Bu gün UNEC-in tələbələri fəallıqları ilə seçilirlər. Görülən işlər kimi, görüləsi işlər də çoxdur və bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyik”, – M.Musayev deyib.

Tədbirdə çıxış edənlər vurğuladılar ki, müasir əmək bazarında sürətlə baş verən dəyişikliklər və çağırışlar fonunda ənənəvi ixtisasların yeni əmək bazarına uyğunlaşdırılması və müasir tələblərə cavab verən kadrların hazırlanmasın zərurəti yaranır. Çıxışçılar bildiridilər ki, universitetlər mütəxəssislər hazırlayarkən mütləq əmək bazarının tələblərini və ehtiyaclarını nəzərə almalıdırlar.Bu istiqamətdə sahibkarlıq subyektləri ilə təhsil ocaqlarının sıx əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı. Bunun üçün sahibkarların iştirakı ilə belə görüşlərin davamlı olaraq keçirilməsi təklif olundu.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər