14 C
Baku
Thursday, March 28, 2024

Əgər pullar kartdan itibsə, nə etmək lazımdır?

Pulların kartdan yoxa çıxdığı təqdirdə vəziyyətin səbəbini ayırd etməyə vaxt itirməyə dəyməz. Dərhal hərəkətə keçmək lazımdır və yaxşı olar ki, bu hərəkətin ssenarisi əvvəlcədən planlaşdırılmış olsun.

 Belə situasiyalarda adətən qazanılmış hər əlavə dəqiqə xilasedici rol oynaya bilər.
Əbəs yerə mütəxəssislər bütün plastik kart sahiblərinə həmin kartı almış olduqları bankın müştəri xidməti departamentinin telefon nömrəsini həmişə əl altında saxlamağı tövsiyə etmir. Yaxşı olar ki, bu nömrə sizin telefonunuzun yaddaş kitabçasına daxil edilmiş olsun, çünki plastik kartın arxa tərəfində çap olunmuş nömrəyə ümid bağlamaq olmaz. Çünki bankomatın kartı geri qaytarmaq istəmədiyi hallar çox olur və əgər sizin başqa bir yerdə alternativ qeydiniz yoxdursa, çox dəyərli vaxtınızı itirə bilərsiniz.

 Bundan əlavə, elə hallarda ola bilər ki, kart həmin zaman sizin üstünüzdə olmasın, sizin telefona isə hesabınızdan icazəsiz nağd çıxarılması haqqında sms-məktubu gəlsin.  Bu zaman müştərinin dərhal banka zəng edərək, həmin kartı bloklaşdırmaq imkanı olacaq.  Bu halda, müştəridə heç olmasa kartda qalan məbləğin təhlükəsizliyini təmin etmək şansı olacaq.

 Kartın itirilməsi zamanı həmişə olduqca aktual olan kartın bloklaşdırılmasından savayı, bankın müştəri xidməti şöbəsinə başqa səbəblərlə bağlı da zəng etmək olar. Kifayət qədər tez-tez hallarda, müştərilərin bankomatdan pul çıxarmaq istədiyi, lakin hansı isə texniki nasazlıqlar üzündən nə kartı, nə də pulu geri ala bilmədiyi hallara görə şikayətləndiyini eşidirik. .

 Ən pisi isə odur ki, lazımı məbləğ kartdan artıq silinmiş olsun. Bəs onda istehlakçı nə etməlidir? Ən birincisi, hadisə yerini tərk etməyə tələsməyin. Elə hallar olub ki, pulunu gözləməkdən təmiz ümidsizliyə qapılmış kart sahibi, çıxıb gedir və nağd tamamı ilə yad bir insana qismət olub. Bu insan isə pulu qanunu sahibinə çatdırmağa heç də tələsmir. İkinci isə dərhal müştərilərlə iş şöbəsinə zəng edin, hətta heç bir ağıllı məsləhət ala bilməsəniz də, zəng etmə faktının özü belə hadisənin sonrakı araşdırması zamanı sizin xeyrinizə  işləyə bilər.

 Əgər tamamı ilə gözlənilməz şəkildə sizin kartdan pul yoxa çıxıbsa və onu bloklaşdırmaq artıq mənasızdırsa, mütləq təcili şəkildə bir neçə ərizə yazmaq lazımdır. Biri bankın ünvanına, digəri isə hüquq mühafizə orqanına. Çalışın ki, nağd pulun çıxarılması anında sizin tamamı ilə başqa bir yerdə olduğunuzu sübut edə biləcək kifayət qədər sənəd toplayasınız.

 Qeyd edək ki, plastik kartların məlumatları həmin fırıldaqçıların əlinə xüsusi klaviatura örtükləri və digər bu kimi cihazlar vasitəsi ilə keçir. Ona görə öz kartınızı ona etibar etməmişdən öncə, həmişə bankomatı yaxşıca gözdən keçirin. Həmçinin də bir başa bank filiallarının və ya şöbələrinin qarşısında, nəzarət kameralarının altında yerləşdirilmiş bankomatlardan istifadə daha məqsədyönlüdür.

 Bu zaman həm nə isə baş verdiyi halda siz dərhal kömək üçün həmin filiala müraciət edə bilərsiniz, həm də sizin casus qurğuları ilə tanışlıq riskiniz daha az olar.

 Yaxşı olar ki, sözü gedən təhlükəsizlik tədbirlərinə heç də barmaqarası baxmayasınız. Çünki praktikanın da göstərdiyi kimi, banklar pulu yalnız texniki nasazlıq halı sübut olunduğu təqdirdə geri qaytarır. Qalan bütün müdaxilə hallarında isə bankirlər istifadəçilərin özünü diqqətsizlikdə və PİN kodun gizli saxlanması ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməməkdə  günahlandırır.

Son xəbərlər
Digər xəbərlər