14 C
Baku
Wednesday, April 17, 2024

Əhalinin əmanətləri banklarda sürətlə azalır

Ölkə əhalisi əmanətlərini banklardan çıxarır. Əmanətlərin həcmində həm artım sürətinin ciddi azalması, həm də qısa dövrdə aylıq müqayisədə kifayət qədər əmanətlərin həcminin azalması yaxşı əlamət sayıla bilməz.  1 aprel taxinə olan statistikaya əsasən hazırda banklarda olan əhalinin əmanətləri 7 781.6  mln manat təşkil edir ki, bu göstərici də cəmi bir ay ərzində 151.1 mln manat yəni 2% azalıb.

Əmanətlər niyə azalır?

Əmanətlərin azalmasının başlıca səbəbi isə əhalidə yaranan panikadır. Manatın məzənnəsində baş verən kəskin devalvasiyadan sonra əhalinin bəzisi əmanətlərini dollara konvertasiya etdi, bəziləri isə ümumiyyətlə əmanətlərini bankdan çıxardılar.

İlin əvvəllərində dollarla olan əmanətlər ümumi əmanətlərin 39%-ni təşkil edirdi. Hazırda isə bu göstərici 65%-dir. Dolların qiymətinin qalxması əmanətlərin faktiki həcmini artırmalı idi, lakin əmanətlərin azalması daha kəskin olduğundan, əmanətlərin həcminin azalması görə çarpacaq həddə çatıb.

Lakin mütəxəssislər əmanətlərin normal qaydaya düşəcəyini proqnozlaşdırır. Hazırda bankların çoxu müştəri cəlb etmək üçün manatla olan depozitlərinin faizini qaldırır.  Həmçinin bu prosesə yeni devalvasiya riskinin olması da təsir edir. Bu risk nə vaxt azalarsa, o zaman da əhali banklara pullarını yerləşdirəcək. Lakin bu yalnız neftin qiymətinin qalxmasından və ya hazırki qiymətində stabil qalmasından sonra baş verə bilər.

Son xəbərlər
Digər xəbərlər