8 C
Baku
Thursday, March 28, 2024

Əhalinin banklarda olan pulu 7 milyard manatı keçdi

1 noyabr tarixində Azərbaycan əhalisinin banklara yerləşdirdiyi əmanətlər 7 005.4 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 1 oktyabr tarixi ilə müqayisədə əmanətlər cəmi 45.7 mln manat artıb. Bu artım isə cari il üzrə ən aşağı artımdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə banklara qoyulan əmanətlər 702 mln manat yəni, 11% artıb.

İlin əvvəlindən isə ölkə banklara yerləşdirilən əmanətlər 609.6 mln manat olub ki, bu da həmin dövr ilə müqayisədə 9.5% artım hesab olunur.

Son xəbərlər
Digər xəbərlər