8 C
Baku
Friday, March 29, 2024

Əlavə işinizi daha effektiv edəcək 10 məsləhət

Əsas işinizdə çox çalışın

Əlavə gəlir əyləncəli ola bilər, lakin o həmdə ağırdır. Əsas iş saatları vaxtında siz bununla məşğul olmamalısınız. Nə qədər gizli tutmağa çalışsanızda, sonda bu aydın olacaq, və əlbətdəki əsas gəlir mənbəyinizi itirmək çox böyük ehtimal ən son istəyinizdir.

Başqa bir işlə məşqul olmaqdan öncə full-time işinizdə fikrinizi cəmləyin. Bacardığınız qədər səmərəli və inadkarcasına çalışın.Peşmaçılıq hissi keçirməkdənsə və səylərinizə,işguzarlığınıza şüphəynən yanaşmaqlarını görməkdənsə digərlərindən daha çox çalışın.

Heç vaxt borc almayın

Bəzi biznes təşəbbüsləri pul qazanmadan əvvəl investisyalar tələb edirlər. Bəzən bir artım əldə etmək üçün  illər lazım olur. Eyni şey startaplarada aiddir: çoxu uduzur, çünki pul qazana bilmirlər və ancaq cüzi bir hissəsi investorlardan götürdükləri pulu qaytara bilir.

Bundan qaçmaq üçün cibinizdən maliyyələşdirə biləcəyiniz əlavə bir qazanc yeri əldə etməyə çalışın, ən yaxşısı isə o olarki, bu iş sizdən ümumiyyətlə bir nəvacib tələb etməsin. Sizdə mövcud olan alətlərlə xidmət göstərməyə çalışın.  Konsiqnasiya ilə həyata keçirilən və özünüz istehsal etdiyiniz məhsulları satın. Borc almadan öncə- təlabatın mövcudluğunu özünüzə sübut edin.

Bilirəm, belə düşünmək istəyirik:«əgər məndə bu…və bu…varsa, o zaman real iş alınacaq».

Əsl biznes- mənfəət gətirəndir. Və əğər siz borc ödəyəcəksinizsə mənfəət əldə etmək çətin olacaq. Əgər sizin işiniz sizin üçün kredit götürmə məcburiyyəti yaradırsa, başqa bir ideyalar haqqında düşünün.

Əlavə qazancı bəhanə kimi istifadə etməyin

Təsəvvür edin ki, hobbiniz dəmirçilikdir. Hər zaman böyük kürə istəmisiniz. Bu səbəbdən, part-time çalışaraq gəlir əldə edib onu aldınız. Əslində isə o sizə lazım deyildi- bu sadəcə istək idi.

Uğursuz əlavə gəlir vəziyyətləri məhz bu cür izah olunur- əlavə gəliri insanlar uzun müddət xəyal etdikləri bir şeyə xərcləməyə çalışırlar. «Müştəridə yaxşı təəssürat yaratmaq üçün» ən yaxşı avtomobilləri alırlar və yaxud «ağac işləri üçün istifadə olunan alətləri rahat yığmaq üçün» yeni qaraj alırlar.

Sizin nəsə istəməyiniz- bu pis bir şey deyil. Amma əlavə qazancı bunun üçün bəhanə gətirməyin.

Alıcıların görməyəcəyi bir şeyə pul sərf etməyin

Əsas iş yerinizdə sizin əla şəraitiniz və ofisiniz ola bilər- part-time iş yerləri isə buna bənzəməməlidir. Pul xərcləmədən öncə həmişə özünüzdən soruşun: «Bunun müştəriyə nə aidiyyatı var?». Əgər heç bir aidiyyatı yoxdursa, o zaman artıq pul xərcləməyin.

Öncədən pulu xərcləməyin

Əvvəlcədən düşünmək həmişə maraqlı bir fəaliyyətdir. Lazım olmadan öncə alət və yaxud xammal almaq istəyirik. Amma bu yanlış strategiyadır.

Əlbəttə ki, müəyyən bir cihazın alınması sizi X dəfə sürətləndirə bilər, amma hələki artan səmərəliliyə tələbat yoxdursa – tələsməyin.

Həmişə ciddi bir cədvələ riyayyət edin

Normal iş günü bitdikdə, part-time işdə hər şey yeni başlayır. Hər gün bu işə  nə qədər vaxt sərf etməyə hazır olduğunuza qərar verin. Sonra 25% -dən 50% -ə qədər qaldırın.

Qeydlər aparın və bu cədvələ əməl edin. Başlanğıcda əsas işiniz kimi bu işədə diqqətlə yanaşın- bu müzakirə belə olunmamalıdır.

Böyük fikirləşməklə,fikrinizi kiçik bir şeydə cəmləyin

Demək olar ki, hər bir təcrübəsiz sahibkar işdən kənar bir işi real biznesə çevirmək üçün ən böyük müştərini tapmağı düşünür.

Neçə nəfər buna nail olur? Mən yüzdən çox adamla söhbət etdim –və buna cəmi biri, hətta o da təsadüfən nail olub.

Bir milyon dollar qazanmaq üçün bir yol axtarmaq əvəzinə, milyon alıcıya xidmət etmək imkanı axtarın. Kiçik başlayın. Mükəmməl müvəffəqiyyət şansınız ola biləcək bir yerə baxın.

Mənfəət gətirən işlə məşğul olun

Bəli, idarəyə və ya infrastruktura bir az vaxt sərf edə bilərsiniz- amma bununla başınızı qatmayın. Sizin  hesabatlara, markalaşmaya və ya missiyaya ehtiyacınız yoxdur.

Sizə nə lazımdır? Gəlir gətirən iş. Müvəffəqiyyətli sahibkarlar iki şeyə diqqət yetirirlər: satış və iş. Ən azı məni götürün – yalnız yazanda və ya hərəkət edərkən qazanıram. Qalan digər şeylər vacib görünə bilər, amma əslində mənfəət əldə etməkdən çəkindirir.

Bir deyimə görə əgər sevdiyiniz işi edərsənizsə, pul gələcək, sənin vəziyyətində də belə ola bilər. Amma yalnız sevdiyiniz biznes həqiqətən pul gətirirsə. Əgər bunun üçün ödəniş almırsanızsa o işdən əl çəkin.

Həmişə hərəkəti seçin

Planlaşdırma-əladır, amma hər şey hər zaman daha fərqli olur . Reallığa adaptə olmadan öncə sahibkarların bir çoxu siyahıdaki ilk üç maddəni belə yerinə yetirmirlər.

Planlaşdırmaya bir az vaxt sərf edin. Sonra isə daha çox vaxtı  o işin icrasına  sərf edin. Əğər siz əmin deyilsinizsə, bir şey edin-sonra isə həqiqətə uyğunlaşdırın.

Heçnə etmədən öncə özünüzüqiymətləndirməyə başlamaq asandı. Amma əlavə gəlir yeri-hər zaman təcrübədir. Unutmayın ki əyləncə işdədir, onun planlamaqda yox.

Part-time işi «özünüzə» ayırdığınız vaxt kimi dəyərləndirin

Part-time iş seçərkən, həqiqətən istədiyiniz şeyi edin. Nə istədiyinizi seçin. Nə olmaq istədiyinizi anlayın və ona doğru hərəkət edin.

Beləliklə, siz yalnız prosesdən zövq almaqla yanaşı həmdə  həyat keyfiyyətinizi artırarsınız. Pirt-time işi «özünüzə» ayırdığınız vaxt kimi dəyərləndirin- çünki məhz bu zamanlarda siz həyatdan ən yaxşı şeyləri alaraq özünüzü inkişaf etdirirsiniz.

 

Son xəbərlər
Digər xəbərlər