8 C
Baku
Friday, March 29, 2024

Əllidən çox ölkə yeni Asiya bankı yaratdı

Deutsche Welle-in verdiyi məlumata görə, Pekində Asiya İnfrastruktur İnvestisiyalar bankı-nın yaradılması ilə bağlı saziş imzalanmışdır. Saziş iştirakçıları Çin, Hindistan, Rusiya və Almaniya da daxil olmaqla 57 ölkədir.

Yeni yaradılan bankın nizamnamə kapitalı 100 milyard dollardır. Çin yeni bankda ən böyük paya (20,06%) sahib olmaqla veto hüququna malikdir. Bundan əlavə, Hindistanın sahib olduğu pay 7,5%, Rusiyanın 5,9%, Almaniyanın isə 4,1% təşkil edir. Qeyd edək ki, ABŞ və Yaponiya Asiya İnfrastruktur investisiyalar bankında iştirak etməkdən imtina etmişlər.

Gözləntilərə əsasən, AİİB-in rəhbəri ÇXR-nın keçmiş maliyyə naziri Tsin Lisuin olacaq. Baş-qərargahı Pekində yerləşəcək yeni bank öz fəaliyyətinə 2015-ci ilin sonu – 2016-cı ilin əvvəlində başlayacaq.

Son xəbərlər
Digər xəbərlər