12 C
Baku
Wednesday, April 24, 2024

Əmək haqqı hesablanması üzrə Aparıcı Mühasib – Optimal Electronics LLC

“Optimal Elektronika” MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikasının 2 mindən cox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətlərə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

“Optimal Elektronika” MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Əmək haqqı hesablanması üzrə Aparıcı Mühasib

Departament / şöbə: Mühasibatlıq Şöbəsi

Əsas vəzifə və öhdəliklər

 Aylıq, rüblük maliyyə hesabatlarının hazırlanması, bağlanması və prosesin təşkili;
 Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərinin aparılması;
 Müvafiq vergi uçotunun, idarəetmə uçotu və maliyyə hesabatının verilməsi üçün 2016-cı il üzrə mühasibatlığın ERP sisteminə (1C) daxil edilməsinin icrası;
 ERP sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması;
 Səmərəli mühasibat uçotu sisteminin qurulması və inkişaf etdirilməsində iştirak;
 BMHS -ə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması;
 Aidiyyatı məsələlər üzrə daxili və kənar auditorlar ilə əlaqə;

Namizədə dair tələblər

 İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
 Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 2 il iş təcrübəsi (BİG4 audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir);
 ERP (1C və s.) sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
 MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
 Komandada və təzyiq altında işləmə bacarığı;
 ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.

İş şərtləri

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: namizədin peşəkar təcrübə , bilik və bacarıqları əsasında təyin edilir;
 Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Əmək haqqı hesablanması üzrə Aparıcı Mühasib” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər