15 C
Baku
Saturday, April 20, 2024

Əməkhaqqı haqqında ən maraqlı faktlar

1. Yəqin ki, elə tanışlarınız var ki, onların layiq olduğundan daha çox qazandığını düşünürsünüz. Sən demə dünyada ümumiyyətlə heç nədən yüksək pul qazanan peşələrin reytinqi də varmış və bu layiq olmadan qazananların içərsində birinci yerdə daşınmaz əmlak üzrə agent (bizim dildə dəllal, makler) gəlir. 

2. Məşhur kapitalist Henri Ford özünün səxavətli əməli ilə həmişəlik tarixə düşüb. Öz müəssisəsini açdıqdan 11 il sonra, o, özünün bütün əməkdaşlarının məvacibini ikiqat artırıb. Bundan sonra işçilər özləri Fordun maşınlarını almağa başlayıb.

3. Bir dəfə Tom Edisonun zavodlarından birində çalışan fəhlələr tətil edir ki, onların əməkhaqqıları artırılsın. Dahi ixtiraçı isə problemi çox sadə şəkildə həll edir – onun bir neçə yeni ixtirasından sonra bu işçilərin əməyi daha heç kəsə gərək olmur.

4. Dünyada ən aşağı əməkhaqqıları BMT-nin xoşməramlı səfirləri əldə edir. Cerri Hollivel, Stinq, Elton Con, Maykl Duqlas, Stivi Uander, Luçiano Pavarotti və bir çox digərləri bu pozisiyada cəmi 1 dollar məvacib alıb.

5. Yoponiyada işəgötürənlər böyük məmnunluqla əməkdaşın vəzifəsini artırmağa razı olur, əgər əməkdaşın öz evində işləməyə şəraiti varsa. Bununla da işəgötürənlər bahalı ofis kirayələrinə və ofis təchizatına qənaət etmiş olur.

6. Britaniya müəssisələrinin əməkdaşları öz həmkarlarının maaşları ilə maraqlanmaq üçün qanuni hüquq əldə ediblər. İndi işəgötürənlər əməkdaşların əməkhaqqıları barədə bütün informasiyaları açmağa borcludurlar. Ekspertlər isə hesab edir ki, bu qanun kollektivlərdə münasibətlərin pisləşməsinə gətirib çıxaracaq.

7. İngiltərədə qadınlar kişilərə nisbətən 17% az əməkhaqqı alır. Azərbaycanda isə bu rəqəm daha yüksək olub 30-50% arasında dəyişir.

8. Alimlər müəyən etmişlər ki, əməkhaqqıda artım etmək üçün ən münasib zaman – üçüncü gündür. Üçüncü gün səhər vaxtı, beş halda dördündə, rəhbərlər əməkhaqqı barədə müzakirə aparmağa razılıq verir, bunu statistik məlumatlara əsaslan psixoloqlar deyilir.

9. Bir sıra Avropa müəssisələrində divarlarda üzərində bu sözlər yazılmış lövhələr asılır: “Yadda saxlayın ki, siz əməkhaqqını müştərilərdən alacaqsınız”.

10. Apple kompaniyasının sahibi Stiv Cobs bütün dünyada özünün 1 dollarlıq əməkhaqqısı ilə məşhur idi. Amma kompaniya qarşısındakı xidmətlərini isə direktorlar şurası ildə 70 milyon dollar həcmində qiymətləndirirdi.

11. “Alisa möcüzələr ölkəsində” kitabının müəllifi Lyuis Kerroll öz nağıl kitabını həmin dövr üçün çox böyük hesab olunan tirajla buraxmışdı – 150 000 ekzemplyar. Bundan sonra Kerroll çalışdığı kollecin rəhbərliyinə müraciət edir ki, onun əməkhaqqısını azaltsınlar. Çünki qonorarlardan aldığı ona qayğısız həyat sürmək üçün kifayət edirdi.

12. Bir dəfə Honkonqda avtobus sürücüləri əməkhaqqılarının artırılmasını tələb edirdi. Onlar bildirdilər ki, əks təqdirdə yol hərəkəti qaydalarını pozmadan avtomobilləri idarə edəcəklər. Yerli rəhbərlik bundan qorxmağa başladı. Çünki belə olduqca yüklənmiş şəhər yollarında böyük tıxaclar yaranacaqdı. Bununla da sürücülərin məvacibi artdı.

Son xəbərlər
Digər xəbərlər