15 C
Baku
Friday, March 29, 2024

Əməkhaqqı kartından kredit borcuna görə pul silinə bilərmi?

Müştəri banka olan kredit borcunu ödəmirsə bank müştəriyə xəbardarlıq etməklə ilk addımı atır. Xəbardarlıq yəni sizə ilk öncə kredit mütəxxəsisi telefonla zəng edərək gecikməniz barədə məlumat verir. Gecikməniz səbəbli və ya qəsdən ola bilər ki, situasiyadan asılı olaraq növbəti mərhələlər, proseslərin ardıcılığı dəyişə bilər. Yəni gecikdirmənizin səbəbi maddi vəziyyətinizin həmin vəziyyətdə pis olmasından irəli gəlirsə kredit mütəxəssisi sizə mümkün qədər alternativ çıxış yolları təqdim etməyə başlayır. Yox əgər kredit ödənişinizi pulunuzun olmadığına görə yox qəsdən gecikdirirsinizsə burda artıq vəziyyət çətinləşir və problem böyüyür. Yazılı xəbərdarlıqlara da cavab verməsəniz hətta bankın sizi məhkəməyə vermək hüququ da var.

Nəzərə alın ki, siz gecikməyə görə uyğun pul ödəyirsiz. Yəni müqavilədən asılı olaraq gecikmə pulu ödəyirsiniz. Misal olaraq, 20 gün gecikməniz var, bank gecikmə faizini günlük 1%-dən hesablayır. 1% sizə kiçik miqdar olaraq görünsə də, əgər ödəmədiyiniz kredit borcunuz çoxdusa, 20 gün üzrə gecikməniz olduqda gecikmə məbləğiniz heç də kiçik məbləğ olmaya bilər. Bu məqamda nəzərə alın ki, bəzi banklarda cərimə borcun əsas məbləğinə hesablandığı halda, digər banklarda şərtlər fərqli olur və cərimə qalıq məbləğə, həmçinin gecikdirilmiş faizlərə də hesablana bilər.

Eyni zamanda əgər bankda başqa hesablarınız varsa bu zaman bank sizin digər hesablarınızı da dondura bilər. Misal olaraq, siz kredit kartı istifadəçisisiniz, kredit kartı borcunuz və gecikmə faiziniz kifayət qədər iri məbləğlərdir. Eyni zamanda siz borclarınızı və gecikmələrini ödəməkdən imtina edirsiniz. Bu halda bank sizin kartdan əlavə pul çəkməyinizin qarşısını ala bilər. Başqa sözlə bank sizə ayıra biləcəyi yeni krediti ödəyə bilməyəcəyinizə əmin olsa, əlavə pul verib də pullarını riskə atmaz. Belə halda sizə kredit verilişinin dayandırılması hər iki tərəf üçün də ağıllı addımdı. Həm bank pullarını riskə atmır, həm də sizin əlavə borclanmadan canınız qurtarır. Təbii əksi hallarda baş verə bilər.

Bankın hesabınızı dondurmaqla yanaşı başqa ata biləcəyi alternativ addımlar da var. Misal olaraq, bank sizin əmək haqqı kartınızdan kreditinizə görə pul silə bilər. Ancaq burda diqqətli olmanız gərəkən əsas məqam bu şərtin müqavilədə göstərilməsidir. Yəni qısaca əgər müqavilədə kredit borcunun əmək haqqı kartından silinə biləcəyi bəndi varsa bu zaman bankın sizin əmək haqqı kartınızdan kredit borcunuzu silməyə ixtiyarı var. Əmək haqqı kartı xarakter etibarıyla bir cari hesabdır, bank digər cari hesab növlərindən kredit kəsintisi edə bildiyi kimi əmək haqqı kartında da edə bilər. Ancaq yenə də əsas məqam müqavilədir. Yəni bankla kredit müqaviləsi imzalayarkən əgər siz belə bir bəndi müqavilədə təsdiqləməmisinizsə, bu zaman bank sizdən xəbərsiz bu addımı ata bilməz. Əgər bank müqavilə əks olunmadığı halda əmək haqqı kartından sizə xəbərlıq etmədən pul silərsə burda artıq siz zərərçəkən siması alırsınız. Bu halda siz idda irəli sürmək hüququna maliksiniz.

Eyni zamanda kredit borcunuz olan bankda adınıza depozit varsa bank depozitinizdən kredit borcunuzu silə bilər. Amma yenə də bu müqavilədə göstərilmiş olmalıdır. Qısası müqavilənizi imzalamadan əvvəl hər bəndi diqqətlə oxuyun.

Əksər hallarda isə bu tip hallarla nə banklar, nə də müştərilər qarşılaşmır. Çünki hər iki tərəf üçün bu tip hallar əlverişli sayılmır. Müştəri üçün ziddiyyətli məqamlar yaratmaq, bankın müştəri qarşısında etibarının itməsi ilə yanaşı, sektorda qazandığı etibarın azalmasına gətirə bilər. Bank üçün isə bu vəziyyət yol verilməzdir.

Məqalənin hazırlanmasında göstərdiyi informasiya dəstəyinə görə ASB Bank və Access Bankın əməkdaşlarına təşəkkürümüzü bildiririk!

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.