8 C
Baku
Friday, March 29, 2024

Əməliyyat bölməsinin kassiri (Gəncə filialının)- AFB Bank

AFB Bank Gəncə filialının Əməliyyat bölməsinin kassiri vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Əməliyyat bölməsinin kassiri
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 242

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
• Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

İŞİN TƏSVİRİ:
• Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat bölməsinin kassiri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 30 aprel 2018-ci il.

Son xəbərlər
Digər xəbərlər