23 C
Baku
Tuesday, April 23, 2024

Əmanətləri sığortalananların pullarının geri qaytarılması davam edir

Seçilmiş agent banklar tərəfindən “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə 18,1 milyon manatdan artıq kompensasiya ödənilib.

Trend Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir ki, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə isə 317 min manatdan artıq kompensasiya ödənilib.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər