16 C
Baku
Friday, April 19, 2024

Əmlakını sığortalayanların sayı artıb

2014-cü ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqları 4 677 015.56 manat sığorta haqqı 659 604.42 manat isə sığorta ödənişi olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqları 1 148 205 manat , yəni 33%, sığorta ödənişləri isə 60 622 manat 11% artıb.

Son bir ayın müqayisəsində isə daşınmaz əmlakın icbari sığortası sığorta haqları üzrə 1351806 41%, sığorta ödənişləri isə 251027 manat və ya 62% artıb.

Qeyd edək ki, cari ilin əvvəlində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqları daha aşağı idi. Belə ki, son 3 ayda sığorta haqları 2 694 130 manat, sığorta ödənişləri isə 415 771 manat artıb.

Son xəbərlər
Digər xəbərlər