19 C
Baku
Thursday, April 25, 2024

Ən bəxti gətirməyən insanlar

1. 1993-cü ildə futbol üzrə Coca-Cola-nın final kuboku oynanılırdı və bu oyunda “Arsenal” komandasının oyunçusu Stiv Morrou komandasına qələbə gətirəcək qolu vurdu. Oyun başa çatan kimi adətə əsasən digər oyunçular oyunun qəhrəmanını çiyinləri üzərində meydandan aparmaq istədilər. Lakin onun dostları ehtiyatsızlıq edərək onu qazonun üzərinə yıxırlar. Morrounun körpücük sümüyü qırıldığından o mövsümü vaxtından əvvəl bitirməli olmuşdu.

2. İstilikdən əziyyət çəkən Kristos Bertsos öz evindəki kondisionerinə nəhəng ölçüdə bir təyyarə pəri quraşdırır. Bertsos kondisioneri işə saldıqda onun bu “yeni icadı” evinin tavanını uçuraraq naməlum bir istiqamətə aparmışdı.

3. Şeffildda yaşayan təqaüdçü qoca qadın 20 il qaranlıqda yaşayıb. Buna səbəb kimi isə o, onun işığını kəsdiklərinə görə səs-küy qaldırmaq istəmədiyini bildirib.

4. 1994-cü ildə De Vitta Finlinin avtomobili ABŞ-ın şimalında qarlı dağlarda ilişib qalır. Maşından çıxıb kömək axtarmaq əvəzinə Finli onu tapacaqlarını ümid edib maşında qalır. Həkimlərin bildirdiyinə görə o bir neçə ay həyatda qalmış və bundan sonra aclıqdan ölmüşdü. Bir fakt təəssüf doğurur ki, əgər o maşından düşsəydi bir neçə metr aralıda dağdan düşə biləcəyi gözəl bir yolu tapacaqdı.

5. 1981-ci ildə Vanda Ennis yanacaqdoldurma məntəqəsinə silahlı basqın edir. Növbəti gün o televizorda qarət edilmiş yanacaqdoldurma məntəqəsi ilə bağlı xəbərləri görür. Bunu gördükdə o elə düşünür ki, bu veriliş qarət zamanı çəkilib və onu tezliklə həbs edəcəklər. Beləliklə, bütün əşyalarını yığan qadın polis məntəqəsinə gedərək təslim olur.

6. İvan Makqvayr öz paraşutdan tullanmağını video kamera ilə çəkmək qərarına gəlmişdi. O ciddi cəhdlə kameranı öz kaskasına bərkitdi və vertolyotdan aşağı tullandı. Lakin sonradan məlum olur ki, kameranın yerləşdirilməsinə böyük maraq göstərən İvan əsas olan paraşütü taxmağı unudub. Bədbəxt yerə dəyərək əzilmişdi, lakin kamera sap-sağlam idi.

7. Argentinalı sehrbaz Marvo öz şousunun sonunda öz asistentindən tapança ilə onun başına vurmasını tələb etdi. Atəş açıldı və Marvo gülləni ağzından çıxardı (görünür bu şou lap azyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdu). Bununla yanaşı zalda tamaşaçılar arasında qızıl alverçisi Marko Asprella da iştirak edirdi.

Sehrbazın bu fəndi onun çox xoşuna gəldi və o öz tapançasını çıxararaq dedi: “Bunu da tutmağa çalışın görüm!”. Bunu deyərək o sehrbazın başına atəş açdı.

Sehrbaz çox əzab çəkmədi. Məhkəmədə Asprella təəccüblü görünürdü və başa düşə bilmirdi ki, sehrbaz niyə onun gülləsini tuta bilmədi. Məhkəmə isə ona bəraət qazandırmışdı.

8. İki Nyu-Yorklu hüquqşünas ofis binasının koridorunda qaçaraq yarışmağa çalışdılar. Çox təəssüf ki, onlardan biri çox sürətlə qaçdığından dəhlizin sonunda özünü saxlaya bilməyərək 39-cu mərtəbənin pəncərəsindən çölə atılmışdı.

9. Münhendə baş vermiş dəmir yolu qəzasında iki kişi əllərini itirmişdi. Həkimlər onların əllərini tapmış və yerinə tikmişdilər. Lakin daha sonradan məlum olur ki, tələskənlik ucbatından onların əlləri səhv düşüb. Hər iki kişinin qan qrupları eyni olduğu üçün əməliyyat uğurla başa çatmışdı və yalnız uzun müddətlik razılığa gətirmək cəhdlərindən sonra xəstələr bu yeni əllərlə yaşamağa razılıq vermişdilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər