4 C
Baku
Friday, March 29, 2024

Ən bahalı avtomobil nömrələri

Bir şəxs avtomobil nömrəsini $9-a satmaqdan imtina edib. Ərəb mənşəli britaniyalı biznesmen Əfzal Xan onun sahib olduğu «F1» avtomobil nömrəsini 6 milyon funt sterlinqə, yəni 9 milyon dollara satmağa imtina edib. Daily Mailin məumatına görə, tüninq ilə və ekskluziv avtomobillərin kolleksiyası ilə məşğul olan sahibkar bu nömrənin daha bahalı olduğunu bəyan etmişdi və təklifi rədd etmişdi.

Xanın özü 2008-ci ildə nisbətən ucuz qiymətə 685 000 dollara gözəl lakonik nömrə alır. Maraqlısı ondadır ki, bu nömrə 109 il öncə verilmişdir və bir çox insanan məxsus olub. Xandan əvvəl «F1» nömrəsinin sahibi nisbətən mütəvazi avtomobildə Volvo S80 da sahib olan Esseks qraflığının bələdiyyə sədri olub. O, bu nömrəni xeyriyyəçi auksionda satıb və indi «F1» nömrəsi Əfzal Xanın qarajından növbə ilə Mercedes SLR McLaren və digər avtomobilləri bəzəyir.

Statistikaya görə, “F1” Böyük Britaniyada ən bahalı nömrədir. Qimətinə görə ikinci yerdə “1D” nömrəsidir. Bu nömrə naməlum şəxsə 550 000 dollara satılmışdı. Üçüncü ən bahalı nömrənin sahibi isə rusiyalı Roman Abramoviçdir. O, “VIP1” lövhəsinə görə 440 000 dollar pul ödəmişdir. Bütün dünyada ən bahalı nömrə isə 1 rəqəmdən ibarətdir və onun qiyməti 11 300 000 dollar təşkil edir. Bu nömrənin sahibi BƏƏ-də yaşayır.

Son xəbərlər
Digər xəbərlər