8 C
Baku
Friday, March 29, 2024

Ən bahalı cəsusluq mərkəzləri

ABŞ-ın milli təhlükəsizlik agentliyinin elektron poçtunda bütün ismarıcları və spamları saxlamaq cəhti cəsusluq üçün məlumatların saxlanılması sahəsinin yaranmasına səbəb olmuşdu. 

ABŞ-ın 8 ən bahalı cəsusluq mərkəzlərinə nəzər yetirək.


Tennessi, Oak- Ricdə çox sahəli tədqiqat mərkəzi, $41 milyon

111700.640xp Edvard Snudenin dərc etdiyi məlumatlara görə bu kompleks «bina 5300» kimi tanınır. Meydançanın sahəsi 20 min kvadrat metr təşkil edir. Bu bina MTA-nin super kompüterlər yaranması proqramı çərçivəsində yaradılmışdır. Bu kompleksdə kriptologiya üzrə 300-dən çox mütəxəssislər, mühəndislər, riyaziyyatçılar və yüksək sürətli kripto analitik hesablama komplekslər yaradan digər alimlər çalışırlar. Onların hazırladıqları hesablama kompeksləri sayəsində çox qısa zamanda böyük həcmli məlumatları deşifrə etmək mümkün olur. Mərkəzin ərazisində 2009-cu ildə ən məhsuldar kompüter olan super kompüter yerləşir.

Texasda Kriptoloji mərkəz, $72 milyon

111701.640xp Bu mərkəz BBC Leklend bazasının ərazisində yerləşir və 8 futbol meydançası ölçüsündə sahəyə sahibdir. Tikintinin sahəsi 8 min  kvadrat metr təşkil edir. Burada məlumatlar olan maqnit lentlər və sərt disklər yerləşir. 2006-ci ildə MTA $300 milyon dəyərində istiqrazlar buraxır və əldə etdiyi vəsaitləri bu mərkəzin müasirləşdirilməsinə sərf edir.

Kolorado, Avrora, aero kosmik məlumatın əməliyyat mərkəzi, $141 milyon

111702.640xp İkinci dünya müharibəsi zamanı yaradılmış BBC Kolorado Bakli mərkəzi hal- hazırda ABŞ-ın Milli qvardiya qoşunlarına yardım göstərərək hava əməliyyatları həyata keçirir, raket hücumu haqqında xəbərdarlıq sisteminə nəzarət edir və s.  2012-ci ildə yeni cəsusluq mərkəzin tikintisinə başlanılır. Sahəsi 18 min kvadrat metr olan  yeni mərkəzdə MTA-nın 850 əməkdaşı çalışır. Burada geostasionar orbitlərdən məlumatlar toplanaraq MTA-nın qərərgahına ötürüləcək.

Fort Qordon, Corciya, $286  milyon

111703.640xp Fort Qordonun təmtərahlı açılışı MTA-nə xas olmayan şəkildə baş tutmuşdu. Açılış mərasimində mülkü şəsxlər və hərbçilər iştirak edirdi. Bu mərkəzdə kriptologiya və linqvistika sahələri üzrə 4 minə yaxın mütəxəssis çalışa bilər. Təxmin edilir ki, bu mərkəz Avropadan, Yaxın Şərqdən və Şimali Afrikadan gələn ismarıcların qəbul edilməsi və təhlilinə yönəlib.

Merilend, Fort Mİd, MTA-nın qərərgahı, $286  milyon

111704.640xp «Yalnız MTA çalışanları üçün». Merilenddə agentlik ən böyük işə götürəndir. MTA-nın çalışanlarının üçdə iki hissəsi Fort Middə, 1300 binadan ibarət olan mərkəzdə xidmət göstərirlər. Burada 20 minə yaxın əməkdaşlar MTA-nin mənbələrindən məlumatları yığaraq Ağ evə və Pentaqona yönəldirlər.

Havayidə regional mərkəz, $320 milyon

111705.640xp Ötən il məhz Havayidə texniki cəsusluq mərkəzində MTA ifşa olunur. Edvard Snouden yaddaş kartına proqramı ətraflı təsvir edən gizli sənədləri yükləyib onları mətbuata ötürmüşdü.

Son xəbərlər
Digər xəbərlər