18 C
Baku
Thursday, April 18, 2024

Ən çox qazanan ulduz kimdir?

Forbes jurnalı növbəti olaraq Hollywood-un ən çox gəlir əldə edən ulduzlarının reytinqini təşkil etdi. Reytinqə bir il ərzində 75 milyon dollar qazanan Robert Downey JR rəhbərlik etmişdir.

Onunla yanaşı reytinqin ilk 5-liyinə Dwayne Johnson (52 milyon dollar),  Bredli Kuper (46 milyon dollar), Leonardo di Caprio (37 milyon dollar) və Chris Hemsworth (39 milyon dollar) daxildir.

Amerikanın nüfuzlu The Washington Post qəzeti reytinqə şərh bildirərkən bildirmişdir: “Bu reytinqə bu günə qədər Hollywood-da yaradılmış ən pis filmlərin ulduzları daxil edilmişdir”. Lakin bu elə başa düşülməli deyil ki, burada söhbət “Dəmir adam” kimi böyük uğur qazanmış filmlərdən gedir. Sadəcə olaraq bu aktyorlar əvvəllər tənqidçilər tərəfindən “bu günə qədər çəkilmiş ən pis film” adlandırılan ekran əsərlərində iştirak etmişlər.

Son xəbərlər
Digər xəbərlər