13 C
Baku
Friday, April 26, 2024

Ən çox tələb olunan bank məhsulları

Azərbaycanda hansı bank məhsullarından daha geniş istifadə olunduğunu araşdırmaq qərarına gəldik. İlk öncə bundan ötrü “Siz hal-hazırda hansı bank məhsullarından istifadə edirsiniz?” başlığı altında kiçik bir sorğu keçirdik. Sorğunun nəticələri göstərdi ki, istifadəçilərin 32,26%-i debet kartlarından istifadə etməyə üstünlük verir.

Bu təsadüfü deyil, çünki sorğu sosial şəbəkədə keçirildiyindən cavablandıran şəxslərin əksəriyyət internet istifadəçiləridir və əlbəttə ki, onlayn alış veriş etmək üçün ən sərfəli seçim məhz debet kartlardır. Həm də nəzərə alsaq ki, debet kartları ümumi anlayışdır və onları tərkibində həm də əməkhaqqı və təqaüd kartları da birləşir. Lakin biz sorğuya onların hər birini ayrılıqda daxil etməyi vacib bildik. Reytinqimizdə ikinci pillənin sahibi də 27,22% səslə əməkhaqqı kartları oldu. Sosial və tələbə təqaüd kartları isə 15.93%-lə dördüncü sırada gəlir. Lakin bazarımızda təzə olan taksit kartlarına müraciət edən istifadəçilərin sayı isə 2,42% oldu.

Siz hal-hazırda hansı bank məhsullarından istifadə edirsiniz?

 

Məhsulun adı Faizlər
Debet kartı (internetlə alış-veriş üçün) 32.26
Əməkhaqq kartı 27.22
Kredit 19.15
Sosial (təqaüd və tələbə kartları) 15.93
Əmanətlər 2.62
Taksit kartlar 2.42
Bank seyfləri 0.40

Beləliklə araşdırma plastik kartlara olan tələbin artığını göstərir. Bununla bağlı Mərkəzi Bankın Statistikasına nəzərə yetirməyi də vacib bildi. MB-in ötən ilin dekabrın 1-ə olan statistikası göstərir ki, həmin dövr üçün istifadədə olan plastik kartlarının miqdarı 5071 min olmuşdur. Bu isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8% (4535 min), 2010-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 20,9% (4209 min) çoxdur.

İllər

Əməkhaqqı kartları (min)

Sosial kartlar (min)

Kredit kartları (min)

Digər debet kartları (min)

2010

1254

2417

135

403

2011

1313

2534

166

521

2012

1353

2551

377

790

Lakin kartların sayının artması heç də nağdsız ödənişlərin artımında güclü təsir göstərməyib. Statistika göstərir ki, əhali kartları ödəniş vasitəsi kimi istifadə etməkdən daha çox, bankomatlardan və Pos-terminallarda pul çıxartmaq üçün istifadə edir. Beləliklə ötən ilin müvafiq dövründə ATM və Pos-terminallar vasitəsi ilə nağd pul çıxarılışının həcmi 682 milyon olduğu halda, nağdsız ödənişlərin həcmi 51 milyon manat təşkil edib. 2011-ci il ilə müqayisədə nağd pul çıxarılışının həcmi 24,2% artdığı halda, nağdsız ödənişlərin həcmi az qala 2 dəfə (96,1%) artmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər