26 C
Baku
Saturday, April 20, 2024

Ən dəhşətli günah

Günlərin bir günü iki insan qızğın mübahisə edirdilər. Onların qarşısına din xadimi çıxır, onları salamlayır və onların nə haqqında mübahisə etdikləri ilə maraqlanır.

Mübahisə edənlərdən biri deyir:

– Ruhani, bizə kömək edin. Mən düşünürəm ki, dünyada ən böyük günah bir insanın kimisə qətlə yetirməsidir. Dostum isə ən böyük günahın zina olduğunu hesab edir.

Din xadimi gülümsəyir və deyir:

– Axşam sizi öz evimə qonaq dəvət edirəm. Biz bu məsələni ətraflı şəkildə müzakirə edərik.

Müəyyən olunmuş vaxt çatır və iki dost din xadiminin evinə qonaq gəlirlər.

Ruhani dostlardan birinə müraciət edərək deyir:

– Öz fikrini izah et. Sən niyə elə düşünürsən ki, ən böyük günah kimisə qətlə yetirməkdir?

– Çünki Allah kimisə qətlə yetirməyin böyük günah olduğunu deyir. İnsanın həyatdan məhrum etmək dəhşətdir.

– Əlbəttə, bir insanı öldürmək günahdır.

İndi isə sən de, nəyə görə zina etməyi ən böyük günah hesab edirsən?

– Zina etmək ən dəhşətli günahdır. İnsanlar bilərəkdən həyat yoldaşlarına xəyanət edirlər.

Lakin insan təsadüfən və yaxud əsəb gərginliyi keçirən zaman kimisə qətlə yetirə bilər.

Əgər bir insan həyat yoldaşına xəyanət edirsə, deməli Allaha da xəyanət edə bilər.

Din xadimi gülümsəyir, bir az susur və deyir:

-Hər hansı günahın böyük və yaxud kiçik olduğunu demək olmaz. Günah elə günahdır.

Sizcə paxıllıq da günah deyilmi?

Məhz paxıllıq vasitəsi ilə yer üzünə günah gəlib.

Məsələn, Habil və Qabil qardaşları. Onlardan biri digərinə paxıllıq edir və onu qətlə yetirir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər