25 C
Baku
Friday, April 19, 2024

“Ən dürüst bomj”

Amerikada küçələrdə yaşayan bir şəxs 40 000 dollar tapır və onu polisə gətirərək varlanır! Onun bu hərəkətinə görə polis bölməsində ona təşəkkür şəhadətnaməsi verilir; yerli bir dizayner isə ona bir sayt yaradır və bu sayt vasitəsilə ianələr toplanmağa başlayır.

Hadisə isə belə baş verib: kimsəsiz Glen James axşam vaxtı ticarət mərkəzində içərisində şəxsiyyət vəsiqəsi, 2400 dollar nağd pul, 39 500 dollar dəyərində isə səyahət çekləri olan bir çanta tapır. James dərhal bu barədə polisə xəbər verir və polis çantasını itirən Çinli tələbəni tapmaqda çətinlik çəkmir.

Bostonun polis komissarı Glen James-ə “gözəl xarakteri və dürüstlüyü” səbəbindən rəsmi olaraq təşəkkür edib. Twitterdə bu kimsəsiz şəxs üçün pul vəsaitlərinin toplanması üçün kampaniya başladılmış və nəticədə 72 000 dollar yığılmışdı. Bu məbləğ isə öz növbəsində James-in tapdığı pulun iki mislinə bərabərdir. Hazırda James-ə iş tapması üçün köməklik edilir; Stomatoloqlar Assosiasiyasının elan etdiyinə əsasən isə, onlar James-in həyatının sonuna qədər ona pulsuz stomatoloji xidmət göstərəcəklər.

Son xəbərlər
Digər xəbərlər