15 C
Baku
Friday, March 29, 2024

Ən etibarlı maliyyə brendləri hansılardır?

2008-ci ilin maliyyə böhranından sonra maliyyə xidmətləri sənayesi istehlakçıların etibarını geri qaytarmağa çalışır.

Banker.az xəbər verir ki, Landor Pulse-un son araşdırmasında yer alan məlumatlara görə, pərakəndə banklar hələ də öz müştərilərinin etibarını bərpa etməyib.

Kredit təşkilatlarına pərakəndə banklardan qismən daha çox etibar edirlər. PayPal şirkəti isə amerikalı istehlakçılar arasında etibar səviyyəsinə görə lider olub. Respondentlərin təqribən 30%-i PayPal şirkətinə etibar etdiklərini qeyd ediblər.

Müqayisə üçün qeyd edək ki, istehlakçıların 25%-i Visa, 23%-i Mastercard və 17%-i American Express-ə etibar edir. Elektron ödəniş həyata keçirmək üçün digər xidmətlər olan Apple Pay və Google Wallet-ə 13% istehlakçı etibar edir.

Pərakəndə banklar içərisində ən etibarlı banklar Capital One və Chase (hər ikisi 17%), həmçinin Bank of America (16%) hesab olunur.

Son xəbərlər
Digər xəbərlər