23 C
Baku
Tuesday, April 23, 2024

Ən gəlirli banklar İndoneziyada fəaliyyət göstərir

İndoneziya bankları dünyanın ən gəlirli banklarıdır, Bloomberg bankların balansları haqqında informasiyaya əsaslanaraq apardığı hesablamalarına istinadən məlumat verir. Agentlik dünyanın ən iri iyirmi iqtisadiyyatının beş ən aparıcı maliyyə institutunun maliyyə göstəricilərini müqayisə etmişdir. 

İndoneziya banklarının rentabelliyi 23% təşkil etmişdir. Çin 21% ilə ikinci, Kanada isə 20%-lik göstərici ilə üçüncü yerdə qərarlaşmışdır.

Bu, rentabelliyi 10% təşkil edən ABŞ banklarının rentabelliyindən demək olar ki, iki dəfə çoxdur.

İndoneziyada ən yaxşı nəticə ötən il rentabelliyi 34% təşkil etmiş Bank Rakyat Indonesia (BBRI) bankına məxsusdur.

İndoneziya banklarının rentabelliyi əhəmiyyətli dərəcədə artmışdır, belə ki ötən il ərzində depozitlər üzrə faiz aşağı düşmüş, kreditin dəyəri isə qalxmışdır. Nəticədə, bank marjası yeddi faizə qədər qalxmışdır ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər