12 C
Baku
Friday, March 29, 2024

Ən iri həcmli sığorta hadisələri hansılardır?

Sığortalanma halları geniş yayıldıqca sığorta işçilərinin öz müştəriləri qarşısında məsuliyyətləri də artmışdır. Lakin hazırda əhali arasında belə bir fikir mövcuddur ki, sığorta ödənişləri həqiqəti əks etdirmir və bu da bir çoxlarını sığortaya müraciət etməkdən çəkindirir. Bu səbəbdən də, bir çox şirkətlərin ödədiyi iri həcmli təzminatlar elə həmin şirkət üçün mükəmməl reklam rolunu oynayır. 

Dünya təcrübəsində bir çox şirkətlər sığorta xidmətlərini nümayiş etdirmək məqsədilə bu günə qədər etdikləri ən iri həcmli sığorta ödənişləri barədə məlumatları paylaşmışlar.

Beləliklə, insan həyatının sığortalanması üzrə ən iri məbləğ olan 14 milyon dolları 1971-ci ildə ailəsini quldurlardan qoruyan zaman dünyasını dəyişən kanadalı fermer Corc Müllerin ailəsi əldə edib.

Avtomobil sığortası üzrə müştəriyə şirkət tərəfindən ödənilən ən yüksək məbləğ isə 2008-ci ilin 28 sentyabrında avtomobil qəzası zamanı ödənmişdi. Bu zaman “Volkswagen-Karavella” yük qatarı ilə toqquşmuşdu. Nəticədə körpü zədələnmiş və kömür ilə birgə 24 vaqon İrtış çayına aşmışdı. Hadisə ilə bağlı edilən sığorta ödənişinin həcmi isə 227 milyon rubl təşkil edirdi.

Dünyanın ən böyük sığorta hadisəsi adına isə 1978-ci ildə ingilis gəmiçilik şirkətinin alman gəmiqayıranlarına ödədiyi demək olar ki, 2 milyard dollar ödəniş təşkil edir. Buna səbəb isə ingilislər tərəfindən sığortalanan tankerin 66 milyon qallon neftlə birlikdə “məhv olması” idi.

Son xəbərlər
Digər xəbərlər