15 C
Baku
Friday, April 26, 2024

Ən kreativ məntiqi məsələlər

1.İki şəxs çaya yaxınlaşır. Çayın sahilində qayıq var və o yalnız 1 şəxsi daşımaq iqtidarındadır. Hər iki şəxs qayığa minərək çayın digər sahilinə keçir. Necə?

2. Şerlok Holms küçə ilə gedirdi və birdən küçədə yerdə uzanmış ölü qadın görür. O qadına yaxınlaşır, çantasını açır və telefonunu çıxarır. O telefonda qadının ərinin nömrəsini taparaq zəng edir:

-Təcili olaraq bura gəlin. Həyat yoldaşınız qətlə yetirilib. Bir müddət keçdikdən sonra kişi gəlir, qadına baxır və deyir:

-Əzizim, səninlə nə baş verib?!

Bu zaman polis hadisə yerinə yaxınlaşır. Şerlok barmağı ilə kişini göstərərək deyir:

-Bu kişini həbs edin. Qatil odur. Sual: Şerlok Holms nəyə görə belə düşünürdü?

3. Atın digər atın üzərindən atladığı hadisə harada baş verir?

4. Masanın üzərində bir banka var. Onun yarısı masanın üzərində, yarısı isə havadadır. Yarım saatdan sonra bankanın yerə düşəcəyini nəzərə alsaq, onun içərisindəki nədir? Və nəyə görə?

5. Bir kişi dənizdə fırtınaya düşür və fırtına onu yalnız qadınların yaşadığı adaya aparır. O səhər ayıldıqda kəndirlərlə bərk-bərk bağlandığını görür və tezliklə onu öldürəcəklərini anlayır. O son sözünü demək haqqını tələb edir. O son sözünü dedikdən sonra qadınlar onu sərbəst buraxır, ona qayıq, qida və su verərək yola salırlar. O nə demişdi?

6. Hündürlüyü 3 metr, uzunluğu 20 metr, çəkisi isə 3 ton olan beton divar var. Heç bir köməkçi vasitə və alət olmadan həmin divarı necə yıxmaq olar?

7. Ata iki oğlu ilə birlikdə ova yollanır. Ovda onların qarşısına çay və onun üzərində qayıq çıxır. Qayıq ya atanı tək, ya da iki qardaşı birlikdə daşıya bilər. Ata və oğullar digər sahilə necə gedə bilərlər?

Cavablar:

1. Onlar fərqli sahillərdə idilər.

2. Çünki Xolms ona ünvanı deməmişdi.

3. Şahmatda.

4. Buz

5. Qoy məni ən çirkin olan qadın öldürsün.

6. Belə bir divarın qalınlığı 2 santimetrdən artıq olmayacaq ki, bu da onu əlimizlə itələyib aşırmağa imkan verir.

7. İlk olaraq iki oğul qayığa minərək qarşı sahilə yollanır. Sonra qardaşlardan biri qayıqla geri qayıdaraq qayığı atasına verir. Ata qayıq ilə digər sahilə gedir və orada qalır. Bu zaman həmin sahildə olan qardaş qayığa minərək digər sahilə gəlir, qardaşı da qayığa minir və qarşı tərəfə yollanırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər