15 C
Baku
Saturday, April 20, 2024

Ən məşhur həyati ziddiyyətlər

1. Özünüzə ən son həddə qədər nifrət etdiyiniz bir halda belə,yenə də digərlərindən üstün olduğunuzu düşünə bilərsiniz.

2. Dalay Lamadan insanların hansı xüsusiyyətinə heyrətləndiyini soruşduqda belə cavab vermişdi: “İnsanlar pul qazanmaq üçün öz sağlamlıqlarına ziyan vururlar. Daha sonra isə bu qazandıqları pulları sağlamlığını və gücünü bərpa etməyə sərf edirlər. Sonra isə gələcək barədə o qədər narahat olurlar ki, hazırki zamanı unudurlar. İndi və gələcəklə yaşamayan insan isə heç vaxt ölməyəcək kimi yaşayır. Öldükdə isə indiki zamanı yaşaya bilmədən dünyadan gedir”.

3. “Heç vaxt tanımadığın insanlar ilə ünsiyyət qurma, yol yoldaşı olma! Səni qarət edə, sənə təcavüz edə, öldürə və hətta girov götürə bilərlər!”

Belə düşünən insanlar daha sonradan deyir: “Başa düşə bilmirəm, “filankəsin” niyə heç yeni dostu yoxdur!

4. İşi əldə etmək üçün tələb olunan təcrübəni də əldə etmək üçün elə bu işə ehtiyac var.

5. Planetimizin 70 faizinin su ilə örtülü olmasına baxmayaraq, Yer kürəsində hələ də susuzluqdan əziyyət çəkən bölgələr var.

6. Tənha olduqda bir sevgilinizin olmasını arzu edirsiniz. İkinci yarınızı tapdıqda isə ondan heç olmasa sizi 5 dəqiqəlik tək qoymasını xahiş edirsiniz.

Son xəbərlər
Digər xəbərlər