12 C
Baku
Friday, March 29, 2024

Ən məşhur işə getməmək bəhanələri

İngiltərənin The Independent nəşri işdən yayınmaq üçün səsləndirilən bəhanələrin reytinqini nəşr etmişdir. Sözügedən bu reytinqi isə İngiltərənin nəhəng sığorta şirkəti AXA PPP Healthcare təşkil etmişdir. Şirkətin araşdırmasında müxtəlif dərəcələrə malik bir neçə yüz rəhbər iştirak etmişdir.

Aşağıda işə çıxmamaq üçün istifadə edilən ən populyar bəhanələrin reytinqi ilə tanış ola bilərsiniz:

  1. Qrip
  2. Beldə ağrılar
  3. Təsadüfi travmalar
  4. Stress
  5. Cərrahi müdaxilə
  6. Depressiya
  7. Həyəcan hissi
  8. Adi soyuqdəymə
  9. Miqren

Bir çox rəhbərlər əməkdaşlarının səsləndirdiyi səbəblərə inanmır və yuxarıda sadalananlara rəğmən işə gəlmələrini tələb edir. Bundan əlavə, sorğuda iştirak edən 1000 nəfər işçi etiraf etmişlər ki, müdirlərinə işə çıxmamaqlarının əsl səbəbini gizlədirlər və yalan danışırlar. Ən çox yalan danışanlar isə ruhi pozğunluqlara meyilli şəxslərdir. Onlar real olaraq depressiyada olduqlarını bildirməkdən çəkinir və yalan olaraq avtomobil qəzasına uğradıqlarını daha rahat şəkildə dilə gətirirlər.

Sığortaçılar müdirlərə ruhi səbəblər baxımından işə çıxmayanlara daha “yumşaq” davranmağı məsləhət görürlər. Belə insanlara təzyiq etmək lazım deyil. Onlar qaydalara görə yaradıcı insanlardır və iş üçün faydalı ola bilərlər. Lakin əsəbi və gərgin olmadıqlarında.

Son xəbərlər
Digər xəbərlər