15 C
Baku
Saturday, April 20, 2024

Ən məşhur taxtdan imtina hadisələri

Tarix çoxlu sayda rəhbərlərin sahib olduqları taxt-tacdan imtina etmələri hallarına şahid olub. Qeyd etmək lazımdır ki, bu imtina hallarının bəziləri yaşları ilə əlaqədar istefa versələr də, bəziləri sözün əsl mənasında taxdan imtina etmişlər. Taxtdan imtina etmək geri dönülməz yola baş vurmaq deməkdir. Belə ki, qanuna əsasən taxda yenidən qayıtmaq mümkün deyil. İstefadan fərqli olaraq imtina – öz vəzifəni digərinə həvalə etmək demək deyil. Bu vəzifədən bir dəfəlik imtina etməkdir və bundan sonra taxt yeni sahib təyin edilənə və yaxud seçilənə qədər boş qalır. Taxtdan imtina səbəbləri müxtəlif xarakterli ola bilər. Bəzilərini nümunə olaraq təqdim edirik:

Taxtdan imtina etmə hallarının içərisində ən qədimi hələ bizim eradan əvvəl 305-ci ildə, Roma imperatoru Diokletianın üzləşdiyi ciddi xəstəlikdən sonra taxtdan imtina etməsidir.

Daha bir monarx, Fransa kralı I Lui-Filipp 24 fevral 1848-ci ildə öz nəvəsinin xeyrinə və xalqın monarxa qarşı düşmənçilik etməsi fonunda taxtdan imtina etmişdi. Lakin artıq gec idi, bu zaman  respublika elan edilmişdi. Monarxları belə ciddi addım atmağa sövq edən digər səbəblər də mövcuddur.

Məsələn, xalqın hörmət və dəstəyini itirmiş vahid İtaliyanın üçüncü kralı III Viktor Emmanuel 9 may 1946-cı ildə 77 yaşında taxtdan imtina etmiş və onun əvəzində taxta oğlu II Umberto sahib olmuşdur. Lakin onun hakimiyyəti cəmi 1 ay davam edir. Belə ki, həmin ilin iyun ayında referendum vasitəsilə respublika elan edilir, II Umberto isə ölkədən qovulur.

Taxtdan imtina hollandiyalı monarx ailəsində artıq ənənəyə çevrilmişdi. 10 il taxta sahib olmuş Hollandiya kraliçası 1948-ci ildə qızı Yuliananın xeyrinə olaraq taxtdan imtina edir. Bu hadisədən 32 il sonra Yuliana 30 aprel, yəni 71 yaşı tamam olduğu gün taxtı böyük qızı şahzadə Beatriksə həvalə edir. 30 aprel 2013-cü ildə isə Hollandiya kraliçası Beatriks rəsmi olaraq taxtdan imtina etdiyi və taxtı oğlu Vilhelm-Aleksandra təhvil verdiyi barədə akt imzalayır. O isə holland taxtında123 illik kraliça hakimiyyətindən sonra hakimiyyətə gələn ilk rəsmi kral oldu.

Son xəbərlər
Digər xəbərlər