12 C
Baku
Friday, March 29, 2024

Ən maraqlı bank oğurluqları

1. Reyxsbank, 1945-ci il

Alman qızılı barədə çox şayiələr gəzir və bir şey fakt olaraq qalır ki, Almaniyanın Böyük Vətən Müharibəsində məğlub olmasından sonra Reyxbankdan qızıl tapılmadı.

Almaniya xəzinəsinin böyük bir hissəsi və demək olar ki, ölkənin bütün qızıl ehtiyatı bu bankda saxlanılırdı. Ekspertlər bildirirlər ki, burada həmçinin faşistlərin başqa ölkələrdən gətirdikləri qiymətli əşyalar da saxlanılırdı.

Beləliklə, bankda rəsmi şəkildə tədqiqat aparıldıqdan sonra burada heç nəyin olmadığı aşkar olundu. Buradan oğurlanan “xəzinə”nin ümumi dəyəri 3,34 milyard dollar təşkil edirdi. Bu xəzinə eyni bir oğurluq hadisəsi zamanı ələ keçirilməmişdi, belə ki, bu müxtəlif zamanlarda, müxtəlif insanlar tərəfindən həyata keçirilib. Lakin bir şey fakt olaraq qalır ki, 3,5 milyard dollarlıq sərvət yoxa çıxmışdı.

2. Knightsbridge bankı, London, 1987-ci il

Ən böyük bank oğurluqlarından biri cəmi iki nəfər tərəfindən həyata keçirilib. 12 iyul 1987-ci ildə iki naməlum şəxs öz hesablarını yoxlayırmış kimi banka daxil olur. Mühafizəçi belə ziyarətçilərə diqqətsiz yanaşır və buna görə də cinayətkarlar özləri ilə silah gətirə bilirlər.

Nəticədə mühafizəçi zərərsizləşdirilir və cinayətkarlar bankın girişinə “Bank müvəqqəti olaraq bağlıdır” yazısını asırlar. Bundan sonra onlar asanlıqla ciblərini doldurmağa başlayırlar. Əlbəttə ki, burada “cib” sözü obrazlı deyimdir, çünki 174 milyon dollar heç bir cibə sığmaz.

3. Braziliya Mərkəzi bankı, Fortaleza şəhəri, 2005-ci il

Bu oğurluq zamanı cinayətkarlar 69 milyon dollardan artığını aparmağı bacarmışdılar. Oğrular bankın yaxınlığında yerləşən ev kirayə etmiş və bu evdən banka yeraltı tunel qazmışlar. Onlar əsl mütəxəssislər idilər, belə ki, tunel ventilyasiya və işıqla təmin edilmişdi. Onlar bankdan 3,5 ton qiymətli daş-qaş aparılmış. Maraqlıdır ki, onlar bunları nə ilə daşımışlar?

4. İngiltərə bankı, Kent, 2006-cı il

Əvvəlcədən tədbir görən oğrular polis paltarı geyinərək bu bankın menecerinin avtomobilini saxlayıb ona bildirirlər ki, onu arvadı və oğlu oğurlanıb və girov saxlanılır. Sözsüz ki, menecer “polislərə” yardım göstərir və onlar sakitcə banka gəlirlər. Beləliklə də, cinayətkarlar səssiz tozsuz 92,5 milyon dollar oğurlaya bildilər.

5. Banco Andalucia, İspaniya, 1982-ci il

Bu siyahıdakı ən maraqlı bank oğurluğudur. 3 gənc insan, iki oğlan və 1 qız Marbella şəhərində bir oteldə otaq sifariş edirlər. Otağın divarı
BancoAndalucia depozitariyasının divarına bitişik idi.

Gənc insanlar nə etdilər? Doğrudur, bank ilə otaq arasındakı divarı sökərək oradan 15 milyon dollar oğurlamışdılar.

Son xəbərlər
Digər xəbərlər