15 C
Baku
Saturday, April 20, 2024

Ən müəmmalı və sirli treyder

Bill Williams treyderlər cəmiyyətində məşhur olduğu qədər də, ən sirli və müəmmalı şəxs kimi tanınır.  Onun haqqında professional treyderlərdən tutmuş, ən yeni başlayan treyderlərə kimi hər kəs bilir.

Bir çoxları Bill Williams-ı dahi adlandırır. Bu dahi şəxsin tarixçəsi öz başlanğıcını 1928-ci ildən götürür. O adi Amerikan ailəsində dünyaya gəlib. Ata və anası gündəlik məişət qayğılarına aludə olduqları bir vaxtda övladlarının necə parlaq gələcəyə sahib olacağını bilmirdilər.

Kiçik yaşlarından o riyaziyyata böyük maraq göstərirdi və artıq məktəbə getdikdə bir çox riyazi biliklərə sahib idi. Bill məktəbi bitirdikdə qohumları onun Kilsə məktəbinə getməsini və gələcəkdə keşiş olmasını istəyirdilər. Lakin bütün bu istəklərə baxmayaraq Bill Williams universitetə daxil olur. O burada çox yaxşı dostlar əldə edir. Bunlardan biridə Sam Rocers idi. O birjadakı ilk təcrübəsini də məhz bu dostu sayəsində əldə edir.

O artıq 5 ildən sonra fərdi şəkildə işləyəcək qədər təcrübə əldə etmişdi. Onun işləri böyük uğur gətirməyə başlayır. O qarşısına “hər nə olursa olsun uğur əldə etmək” məqsədini qoyur. Bill yaşadığı şəhərdə peyk antenası quraşdıran ilk insanlardan biri olur və özünə birja kanalı quraşdırır. O müxtəlif kitablar, jurnallar, bazar hesabatları alırdı. Bu bir neçə il belə davam edir. Bir müddətdən sonra belə ədəbiyyat oxumağın faydasızlığını anlayan Williams yalnız öz biliklərinə, intuisiyalarına etibar etməyi qərara alır. Nəticədə, o təcrübə əldə edərək öz maliyyə vəziyyətini yaxşılaşdırır. Bundan başqa, onun gəliri hər ay artır və işləri tam yoluna düşməyə başlayır.

O öz ilk “Ticarət xaosu” kitabını ona əvəzedilməz kömək və dəstək verən həyat yoldaşı Ellenə həsr edir. Kitab 1955-ci ildə çapdan çıxır və demək olar ki, bütün birja iştirakçılarının çaşqınlığına səbəb olur. Bu çaşqınlığın əsas səbəbi isə o idi ki, bu nəzəriyyə texniki və fundamental analizi rədd edirdi.

İlk olaraq bu nəzəriyyəni hər kəs rədd etsə də, sonradan bir çox tənqidçilər ona baxış bucaqlarını dəyişirlər. Bir müddət keçdikdən sonra Bill-in strategiyası ilk olaraq texniki analizdə, daha sonradan isə bazar proqnozlarında peyda olur. Alliqator indikatoru, Birjanın asanlaşdırılması indeksi, Fraktal, Elliot dalğası və s. kimi ixtiralar məhz ona məxsusdur.

O bir neçə ildən sonra “Birja ticarətində yeni ölçülər” və “Ticarət xaosu 2” kitablarını da nəşr etdirir. Bu hər iki kitab da böyük uğura səbəb olur. Bundan sonra o bir neçə bankın və nəhəng hedgerlərin maliyyə sualları ilə bağlı məsləhətçisi olur.

Hazırda Bill Williams  Profitunity Trading Group – treyderlər məktəbinin yaradıcısı və prezidentidir. O öz səxavətliliyi və köməyə ehtiyacı olanlara kömək etməsi ilə məşhurdur. Məşhur treyder öz qazancının yarısını xeyriyyəyə sərf edir və həmçinin uğurlu ticarət sirlərini də digər treyderlərlə bölüşür. Onun iddialarına görə, normal intellekt səviyyəsinə sahib istənilən hər bir şəxs fond bazarında uğur qazana bilər. Bill-in fikrincə bu işdə ən əsası intuisiya və bazardakı vəziyyəti görə bilmək bacarığıdır.

Son xəbərlər
Digər xəbərlər