18 C
Baku
Tuesday, April 23, 2024

Ən qeyri-adi vəsiyyətlər

Gün ərzində həddindən artıq çox siqaret çəkən Samuel Bratt öz vəsiyyətini intiqam xarakterli tərtib etmişdi. Belə ki, onun həyat yoldaşı onun siqaret çəkməsinin qəti əleyhinə idi. Samuel Bratt isə öz həyat yoldaşına 330 000 funtu yalnız bir məqsədlə miras qoyur: qadın mirası əldə etmək üçün gün ərzində 5 sigar çəkməli idi.

Milyonçu qadın olan Leona Hemsli öz nəvələrinə 5 milyon, itinə isə 10 milyon dollar miras qoyması ilə məşhurdur. Bu it dünyasını dəyişdikdə isə öz sahibinin yanında və dəyəri yarım milyon dollar olan dəbdəbəli mavzoleydə dəfn edilməli idi.

Dünyanın ən uzun vəsiyyətnaməsinin müəllifi isə ABŞ yaradıcılarından biri olan Tomas Ceffersondur. Onun vəsiyyətnaməsi ABŞ tarixi barədə sənəd olaraq qəbul edilir. Bu səbəbdən də onun varisləri öz paylarına düşən məbləği yalnızca sahib olduqları qulları azadlığa buraxdıqdan sonra əldə etmişdilər.

Henri Ford 500 milyon dolları 4157 təhsil və xeyriyyə təşkilatları arasında bölməyi əmr etmişdi. Bu tarixdə bir insan tərəfindən miras qoyulan ən iri məbləğdir.

Anlaşılması ən çətin olan vəsiyyətnamənin sahibi isə məşhur fizik Nils Borun laborantı tərəfindən qoyulub. Vəsiyyətnamədə o qədər çox xüsusi termin və çətin frazeoloji birləşmələrdən istifadə edilmişdi ki, onun oxunması üçün xüsusi linqvistika ekspertləri köməyə çağırılır.

Həyat yoldaşına nifrət edən və 1930-cu ildə dünyasını dəyişən vəkilin son arzusu – içərisində yalnız kişilər tərəfindən yazılmış kitablar olan və yalnız kişi işçilərə sahib kitabxananın yaradılması idi. O bunun üçün 35.000 dollar miras qoymuşdu. Onun qızı isə miras olaraq 5 dollar əldə etmişdi.

1841-ci ildə şair Heinrich Heine ayaqqabı mağazasında işləyən təhsilsiz, kobud və elə də baxımlı olmayan Eugenie Mirat ilə ailə həyatı qurur. Şair öz vəsiyyətnaməsində bütün mirasını yalnız bir şərtlə öz həyat yoldaşına miras qoyurdu: belə ki, şair dünyasını dəyişdikdən sonra qadın yenidən ailə həyatı qurmalı idi. Heine-in sözlərinə görə bəlkə bu yolla həyatda kimsə onun ölümünə təəssüf edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər