12 C
Baku
Wednesday, April 24, 2024

Ən qısa dəhşətli hekayələr

Övladımı yatağına uzadıram. O isə mənə deyir: “Ata, çarpayımın altına bax, orada qorxulu heç nə yoxdur ki?”. Əyilib çarpayının altına baxıram və orada dəhşətli, qorxu dolu gözlərlə mənə baxan və bu sözləri deyən oğlumu görürəm: “Ata, mənim çarpayımda başqa biri var”. 

Həkimlər xəstəyə amputasiyadan sonra xəyali ağrıların ola biləcəyini demişdilər. Lakin heç kim ona amputasiya olunmuş soyuq əlin barmaqlarının digər əli necə qaşıyacağı ilə bağlı xəbərdarlıq etməmişdi.

Pəncərəmin şüşəsinin döyülmə səsinə oyandım. İlk olaraq kiminsə pəncərəmi döydüyünü zənn etdim, lakin sonra bir döyülmə səsi də eşitdim… lakin güzgüdən.

Həkimlər meyidin yeni üsulla dondurulmasını sınaqdan keçirirdilər. Lakin “cəsədin” hələ də sağ olduğunu onlara deməyi üçün heç bir şansı yox idi.

O heç cür başa düşə bilmirdi ki, kölgəsi niyə iki tərəfə əks olunur. Axı otaqda cəmi 1 lampa var idi.

Gülümsəyən sima qaranlıq pəncərədən gözlərini mənə zilləmişdi. Mən 14-cü mərtəbədə yaşayıram.

Səhər mobil telefonumda yatan vəziyyətdə çəkilmiş şəklimi gördüm. Mən tək yaşayıram.

Güzgüdəki əksimin mənə göz vurduğunun şahidi oldum.

Sən oyandın. O isə yox

O məndən nəyə görə belə dərindən nəfəs aldığımı soruşdu. Amma mən dərindən nəfəs almamışdım.

Yorğun iş günündən sonra evə qayıtdın və təklikdə istirahət etməyi arzu edirsən. Əlinlə qaranlıqda qapının dəstəyini axtarırsan və bu an başqa birinin əlinə toxunduğunu hiss edirsən.

Qızım hər gecə yarısı qışqırır və ağlayır. Onun qəbrini ziyarət etdim və bunu etməsini xahiş etdim. Lakin bu kömək etmədi.

312-ci gün. İnternet hələ də işləmir.

Dərin yuxuya getməyə hazırlaşırsan və bu an kiminsə sənin adını çağırdığını eşidirdən. Axı sən tək yaşayırsan.

Keçən gecə həyat yoldaşım məni oyadaraq evdə kiminsə yad birisinin gəzdiyini dedi. Lakin həyat yoldaşımı 2 il bundan öncə qətlə yetiriblər.

Yer Kürəsində yaşayan ən son insan otaqda oturmuşdu. Bu zaman qapı döyüldü.

Mən gec vaxt yatmıram, lakin hər dəfə oyanıram.

Həkimin qeydi: yeni doğulmuş körpənin çəkisi 3600 q, boyu 45 sm, 32 azı dişi var. Susur, gülümsəyir.

Evə gəlirəm və mətbəxdən anamın səsi eşidilir: “Yeməyin hazırdır, gəl”. Elə bu an telefonuma anamın nömrəsindən sms gəlir: “Evə gec gələcəm, özünə nahar hazırla”.

Əvvəllər pişiyimin görmə problemi olduğunu düşünürdüm. Çünki mənə baxdıqda gözləri gözlərim ilə toqquşmurdu. Daha sonradan isə anladım ki, o həmişə mənim arxamda dayanan nəyəsə baxır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.