16 C
Baku
Thursday, April 18, 2024

Ən səxavətli ölkələr

Bizim iqtisadiyyata sonsuz gəlir mənbəyi kimi baxdığımız təqdirdə xeyriyyəçilik heç bir əhəmiyyət daşımır. İqtisadiyyata başqa bucaq altından baxmaq olmazmı? Charities Aid Foundation mütəxəssisləri insanların ehtiyacı olanlara kömək etmək üçün xeyriyyəçiliklə məşğul olmaqdan qorxmadığı ən səxavətli ölkələrin reytinqini təşkil etmişdir. Bu xeyriyyəçilik əməlləri ölkəyə ÜDM həcmini artırmağa kömək etməsə də, xeyriyyəçilik – insanların öz gələcək güclərinə inam hissini əks etdirir.

Beləliklə, Banker.az saytı olaraq dünyanın ən səxavətli və yardımsevər ölkələrinin reytinqini sizə də təqdim edirik:

10. Şri-Lanka

Hazırda ölkə sahib olduqlarının yarısını xeyriyyə məqsədilə sərf etməyə hazır olan vətəndaşlarının sayına görə dünyada ikinci yerdədir. Şri-Lanka əhalisinin 45%-i vəsaitlərini xeyriyyə məqsədilə digərlərinə verir, 46%-i isə ehtiyacı olan insanlara kömək üçün könüllü olaraq çalışır. Buna bariz nümunə olaraq su çatışmazlığı ilə üzləşən ərazilərdə su quyularının yaradılmasını göstərmək olar.

9.Qətər

Qətər əhalisinin isə 19%-i könüllü işləməyə, 60%-i isə vəsaitlərini xeyriyyə məqsədilə xərcləməyə hazırdır. Əgər əhalidən heç tanımadıqları insanlara kömək etməyə hazır olduqlarını soruşduqda isə 73% insan müsbət cavab verər.

8. Hollandiya

Hollandiya əhalisinin 39%-i xeyriyyə təşkilatları ilə əməkdaşlıq etməyə hazırdırlar və vaxtlarını buna sərf edirlər. Onların 57%-i isə il ərzində heç tanımadıqları insanlara kömək etdiklərini iddia edirlər. Ölkə vətəndaşlarının 69%-i isə ehtiyacı olan insanları doyurmaq üçün öz pul vəsaitlərindən imtina edirlər.

7. Avstraliya

Avstraliyalıların 67%-i xeyriyyəçiliyə görə pullarını xərclədiyi halda, 34%-i könüllü işləməyə, 64%-i isə tanımadıqları şəxsə kömək etməyə hazırdırlar.

6.Böyük Britaniya

Böyük Britaniya Avropanın ən səxavətli ölkələrindən biridir və yalnızca İrlandiyadan geri qalır. Britaniyalıların 67%-i vəsaitlərini xeyriyyə təşkilatlarına xərcləyir. 17 təşkilatın birləşməsindən əmələ gəlmiş Oxfam məhz burada yerləşir.

5. İrlandiya Respublikası

İrlandiyalıların 70%-i mütəmadi olaraq vəsaitlərini xeyriyyə məqsədləri ilə xərcləyir. 37% əhali isə könüllü olaraq çalışmağa hazırdır.

4. Yeni Zellandiya

Bu ölkənin vətəndaşlarının 67%-i tanımadıqları şəxsə kömək etməyə, 40%-i isə könüllü olaraq işləməyə hazırdır.

3. Myanma

Myanma inkişaf etməkdə olan ölkələr sırasında səxavətliliyinə görə 1-ci yerdədir. Ölkə əhalisinin 85%-i vəsaitlərini xeyriyyə məqsədilə sərf edir. Myanma əhalisinin 43%-i isə könüllü olaraq çalışır.

2. Kanada

Kanadalıların 68%-i pullarını xeyriyyə təşkilatlarına verir, 64%-i tanımadıqları insanlara kömək edir, 42%-i isə könüllü olaraq çalışır.

1. ABŞ

Amerika dünyanın ən səxavətli ölkələri reytinqində liderdir. ABŞ əhalisinin 77%-i istənilən vəziyyətdə tanış olmayan insana kömək etməyə hazır, 62%-i pullarını xeyriyyə təşkilatlarına yatırır, 45%-i isə könüllü olaraq çalışır. Qeyd edək ki, ABŞ 2012-ci ildə 5-ci pillədə olsa da, bu il liderliyi ələ ala bilmişdir. Bir faktı unutmaq lazım deyil ki, ABŞ dünyanın ən varlı ölkələrindən də biridir.

Son xəbərlər
Digər xəbərlər