18 C
Baku
Thursday, April 25, 2024

Ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır?

Ən təhlükəsiz nəqliyyat vasitəsi təyyarədir. Əgər buna inanmırsınızsa aşağıdakı faktları oxuyaraq buna əmin ola bilərsiniz. Lakin bəzi insanlarda aerofobiya dərəcəsi o qədər yüksəkdir ki, onlara heç bir fakt kömək etmir.

Hava nəqliyyatı ən təhlükəsiz nəqliyyat növüdür.

Hər 3 saniyədən bir dünyada bir təyyarə yerə enir.

Gün ərzində baş verəcək təyyarə qəzalarının baş vermə ehtimalı cəmi 0,01% olsaydı, bu bir gündə minimum 13 təyyarənin partlaması mənasına gələrdi.

Uzunqulaqların bir ildə həlak etdiyi insanların sayı, təyyarə qəzalarında ölən insanların sayından çoxdur.

İşıqforun yaşıl işığında piyada xəttində gözləyərkən avtomobilin təkərləri altına düşüb həlak olmaq ehtimalı təyyarə qəzasında həlak olmaq ehtimalından 10 dəfə çoxdur.

Hər bir təyyarə havaya qalxmamışdan öncə ciddi texniki yoxlamadan keçir.

Təyyarə qəzası  heç vaxt təsadüfən baş vermir, bu hər zaman bir neçə amillərin birləşməsi nəticəsində baş verir.

Yer kürəsində yaşayan əhalinin 80%-dən çoxu uçmaqdan qorxur. Onların da 5%-i ümumiyyətlə təyyarədən imtina edərək, yerüstü və su vasitəsilə olan nəqliyyat vasitələrinə üstünlük verir.

Uçmaqdan və hündürlükdən qorxmaq  – aerofobiya adlanır.

Bir çoxları təyyarənin 10 kilometr hündürlükdən yerə düşəcəyindən qorxurlar. Lakin bu təyyarənin qanadlarının altındakı təzyiq səbəbindən mümkün deyil. Bir avtomobil şosse üzərində necə dayanırsa, təyyarə də havada elə rahatlıqla dayanır. Hətta pilot sükanı buraxsa belə, o su üzərində üzən qayıq kimi havada hərəkət edəcək.

Pilot və stüardessalar “riskə” görə əlavə pul bonusları almırlar. Buna görə də, təyyarə sağlam fikir və təbiət qanunlarına zidd deyil, onlar sayəsində uçur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər