22 C
Baku
Friday, April 26, 2024

Ən uğurlu MBA sahibləri

Biznes-məktəb haqqında fikir bildirmək və onun tələbəyə verdiyi töhfəni qiymətləndirməyin ən geniş yayılmış üsullarından biri məzunun əməkhaqqı və gələcək karyera mövqeyidir. MBA-in imkanları təhsil müddəti ərzində əldə edilmiş kontaktların əhatə dairəsi və keyfiyyəti əsasında qiymətləndirilir.

Bildiyimiz kimi, bugünkü gün keyfiyyətli kontaktlar monetarlaşma və biznes mühitində müxtəlif xarakterli qazanc gətirmək xüsusiyyətinə malikdir. Təbii ki, konkret məktəbdə biznes-təhsilə qoyulan investisiyanın nəticəsini ölçmək üçün sadalanmış üç amildən başqa digər amillər üzrə qiymətləndirmə aparılmalıdır.

Harada olmasından asılı olmayaraq, bu tip təhsil almaq üçün mənfəət və xərcləri müstəqil olaraq hesablamaq əvəzinə, çoxları öz qərarlarını rasional hesablamalarla yanaşı, ətrafın (dost, həmkar) və dünya miqyaslı liderlərin fikirləri əsasında verirlər, nəticə isə həmişə gözlənilən kimi olmur.

Sizin seçiminizə ətrafınızdakı insanların necə təsir etdiyini təhlil etməyi öz öhdənizə buraxırıq, amma dünyanın top biznes-məktəblərini bitirmiş bir neçə yüksək statuslu liderlər haqda oxumaqla onların sizin qərarınıza təsiri barədə fikir bildirə bilərsiniz. Dərhal və ya bir müddət sonra başa düşəcəksiniz ki, bu biliklər MBA təhsili almaq, xüsusilə də məktəb seçimi üzrə qərarınıza təsir etdimi.

Beləliklə, aşağıda sizin diqqətinizə bir sıra biznes-məktəblərinin məzunlarını – MBA təhsili aldıqdan sonra üstün göstəriciləri (yüksək əməkhaqqı, yüksək vəzifə, keyfiyyətli kontaktların genişliyi) özündə birləşdirən dünya şöhrətli xadimlərini təqdim edirik.

Xatırladaq ki, bu şəxslərin uğuru tamamilə biznes-məktəblə bağlı deyil, lakin bu dərəcənin alınması daha böyük inkişaf üçün atılan addımlardan biri idi.

Stanford GSB-in məzunlarından ən məşhuru olan Fil Naytla başlayaq, o Nike şirkətinin yaradıcılarından biri və sədri, Laika studiyasının sahibi, Amerikanın (top 20) və dünyanın (top 50) ən varlı insanlarındandır. Əminliklə qeyd etmək olar ki, 1962-ci ildə Stanford-da MBA dərəcəsinin alınması onun böyük uğurunun təminatı idi, belə ki o, 2006-cı ilin avqustunda bu biznes-məktəbin yeni kampus – Knight Management Center-ın tikintisi üçün 105 mln dollarından keçdi. Məktəbin parlaq məzunlarından biri kimi Lorenso Zabrano (iri Cemex tikinti şirkətinin baş direktoru), Con Braun (British Petroleum-un baş direktoru və sədri (2007-ci ilə qədər), 2011-ci ildən Lordlar Palatasının üzvü), Con Danoe (eBay-in prezidenti), qubernator, nazirlər və digər mühüm liderləri göstərmək olar. Təbiidir ki, biznes-məktəb öz tələbələrinə geniş və çoxölçülü imkanlar təqdim edir.

bush
Kiçik Corc Buş – Harvard biznes-məktəbinin məzunu

Məzunların inkişaf sferası və kəmiyyətinə görə Harvard Business School Stanford-dan nəinki geri qalmır, hətta onu ötüb keçir. Donald Karti (American Airlines-ın baş direktoru), Zoi Kruz (Morgan Stanley-in yaradıcısı və prezidenti), Cefri İmelt (General Electric-in baş direktoru), Pik Vaqoner (General Motors-un baş direktoru) MBA dərəcəsini məhz Harvardda almışdır. MBA dərəcəsini Harvardda 1975-ci ildə ABŞ-ın 43-cü prezidenti Kiçik Corc Buş, 2012-ci ildə isə (Executive Education Training Program proqramı üzrə) supermodel Taira Benks (“America’s next top model”-in aparıcısı, Bankable Production ) bitirmişdir. Gördüyümüz kimi məzunların fəaliyyət sahəsi kifayət qədər fərqlidir, buna baxmayaraq, biz Harvard biznes-məktəbində qazanılmış əlaqələrin nə qədər geniş olduğunu təsəvvür edə bilərik.

Indi isə Britaniya MBA sahiblərinə diqqət yetirək. London Business School Monqolustanın baş naziri – Suxbatarın Batbold, Sinqapur baş nazirinin müavini – Von Kan Senq, Cadbury Schweppes-in sədri – ser Con Sanderlend, eləcə də Britaniya İcmalar Palatasının üzvlərinin biznes-dərəcələri ilə fəxr edir. Digər bir məşhur London biznes-məktəbi olan Cass Business School-in məşhur məzunlarından biri türk-amerikan biznesmeni Muxtar Kentdir. Coca-Cola-ya rəhbərlik etməmişdən qabaq o bir sıra yüksək vəzifələrdə işləmişdir ki, bu nailiyyətlərin əldə olunmasında idarəçilik üzrə magistr dərəcəsinin (Master of Science degree in Administrative Sciences) alınması az rol oynamamışdır.

cola
Coca-Cola-ın prezidenti Muxtar Kent – Britaniya Cass Business School-da MBA dərəcəsinin sahibi

Blackboard korporasiyasının banisi və rəhbəri olan Maykl Hazen, Haas School of Business-də MBA dərəcəsi almış İntel şirkətinin prezidenti, Google-in direktorlar şurasının üzvü Pol Ottelini, Cornell University –də MBA dərəcəsini almış Procter & Gamble şirkətinin baş maliyyə direktoru Con Meller kimi görkəmli xadimləri misal göstərmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər