27 C
Baku
Wednesday, April 24, 2024

Ən uğursuz məhsullar

Cosmopolitan yoqurtu

Cosmopolitan jurnalı 36 dildə və dünyanın təxminən 100 ölkəsində dərc olunur və planetin ən dinamik brendlərindən biri hesab edilir. Lakin hər kəs onda yaxşı alınan işlə məşğul olmalıdı.

Brendin yoqurt istehsalı ilə olan sınağı müvəfəqiyyətsizliklə nəticələnir. Bütün məhsul mağazaların rəflərindən yalnız 18 ay ərzində yox olur.

RG Reynolds brendinin tüstüsüz siqaretləri

1988-ci ildə passiv siqaret çəkmək sağlamlığa təhlükə kimi qəbul olunurdu və bu problem getdikcə aktuallaşırdı. RG Reynolds bundan əvvəl Camel, More, Salem və Winston siqaretləri istehsal edirdi. 1988-ci ildə brend tüstüsüz siqaretlərin istehsalına qərar verir. Həmən siqaretlərə Premier adı verilir. Lakin tüstünün olmaması xoşagəlməz dadın əmələ gəlməsinə səbəb olur və bu siqaret istifadəçilərin xoşuna gəlməmişdi. Nəticədə, bu məhsul müvəffəqiyyətsiz hesab edilmişdi.

BİC alt paltarları

BİC şirkəti birdəfəlik istifadə olunan malların istehsalı ilə məşhurdur. Məsələn, birdəfəlik alışqanlar, birdəfəlik ülgüclər və s.
Şirkət birdəfəlik istifadə olunan alt paltarlar istehsal etməyə qərar verir. Lakin bu ideya uğursuz olur.

Microsoft internet-televiziya

90-cı illərin ortalarında Microsoft şirkəti TV-qəbuledicilərin vasitəsi ilə internetə qoşulmağı təklif edir. İlk olaraq bu layihə bir çoxlarının marağına səbəb olur. Lakin şirkət bu ideyanı həyata keçirmək üçün daim əlavə xərclər ödəməli olur. Üstəlik, bu layihənin heç vaxt 1 milyondan çox abunəçisi olmayıb. 1977-ci ildə Microsoft layihəni bağlayır.

Şampun-yoqurt Clairol

Mütəxəssislər 1977-ci ildə «The touch of yogurt» adlı şampunun uğursuzluq yaşamağını heç kəsin başını yoqurtla yumaq istəməməsi ilə əlaqələndirir. Üstəlik, bəziləri bu şampunları yoqurt sayaraq qida kimi də qəbul etmişdilər. Bu hallar, təbii ki, ciddi sağlamlıq problemlərinə və istehsalçıya qarşı məhkəmə iddialarının qaldırılmasına səbəb olmuşdu.

Rocky mountain spring water mineral suyu

Nəhəng pivə istehsalçısı olan şirkət mineral sular istehsal etmək qərarına gəlir. Lakin uğursuzluq yaşayır. Heç kəs pivə istehsal edən bir şirkətdən mineral su almaq istəmirdi.

Cocaine adlı energetik içkilər

Cocaine adlı energetik içkidə kofeinin miqdarı Redd Bullun tərkibində olan kofeindən 3, 5 dəfə çox idi. Amerikan tənzimləyiciləri istehsalçının Cocaine adlı içkinin narkotik əvəzedicisi kimi təqdim etdiyini iddia edirlər. Və 2007-ci ildə bu içki satışdan yığışdırılır .

Colgate qida məhsulları

Colgate şirkəti ticarət nişanının adını qida məhsullarında istifadə etməyə qərar verir. Lakin Colgate şirkətinin məhsulları heç bir zaman Amerika bazarının sərhədlərini aşa bilmir.

Pepsi AM və Crystal Pepsi

80-cı illərdə sərinləşdirici içkilər istehsal edən şirkət səhər içilə bilən içki istehsal etməyə qərar verir. Pepsinin tərkibində kofein olduğu üçün şirkət onu qəhvənin əvəzedicisi kimi təqdim edir. Lakin Pepsi AM və şəffaf olan Crystal Pepsinin satışları uğursuzluqla nəticələnir.
İstifadəçi qəhvəyi rəngdə olan və gün ərzində qəbul edə biləcəyi kola istəyirdi.

DuPontdan süni dəri

60-cı illərdə şirkət adi dermatin olan Corfarmı inkişaf etdirməyə başlayır. Şirkət süni dərini qadın ayaqqabılarının tikilməsində istifadə etmək qərarına gəlir. Lakin DuPont rahatlıq haqqında düşünməyi unutmuşdu. Corfarm ayaqqabılarının ucuz olmasına baxmayaraq, onlar çox narahat idilər. Təbii dəri daha yumşaq olur.

Üstəlik, təbii dəridən ayaqqabı istehsal edən şirkətlər Corfarmla olan rəqabətdən qorxaraq qiymətləri endirməyə və keyfiyyəti yüksəltməyə başlayırlar. Bu addım DuPontun layihəsinin sonunu təyin edir.

Ben-Gay asprini

Ben-Gay şirkətinin istehsal etdiyi məlhəm oynaqlarda olan ağrıları aparmaq üçün çox yaxşı bir vasitədir. Lakin bu şirkətin aspirin istehsal etmək ideyası uğursuzluq yaşayır.

McDonald’s Аrch deluxe

McDonald’s restoranlar şəbəkəsi menyularını zənginləşdirmək qərarına gəlirlər və böyüklər üçün nəzərdə tutulmuş arch deluxe burgeri təqdim etməyə başlayır.

1996-cı ildə müştərilərə təqdim olunan yeni burger «qəliz» dadı ilə fərqlənirdi. Lakin McDonald’s restoranlarının müştəriləri yeni burgeri heç qəbul etmədilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər