21 C
Baku
Friday, April 26, 2024

Ən uzunmüddətli həbs cəzaları

1972-ci ildə Palma-de-Mayorkadan olan 20 yaşlı poçtalyon məktubu ünvanına çatdırmadığı üçün 384 912 il müddətinə azadlıqdan məhrum edilib. Aparılan araşdırmalara əsasən, o 4 mindən artıq məktubu ünvanına çatdırmayıb. Bu nəinki İspaniya məhkəmə sistemi tarixində, hətta bütün dünyada verilən ən uzunmüddətli həbs cəzasıdır.

10000 il və əlavə olaraq 2 ömürlük həbs cəzası

1981-ci ildə həyat yoldaşını amansızlıqla qətlə yetirdiyi üçün Dadli Veyn Kizer 10 000 il müddətinə azadlıqdan məhrum edilib. Bu indiki dövrə qədər ABŞ-da verilən ən uzunmüddətli həbs cəzasıdır. Dadli həmçinin qaynanası və kollec tələbəsini qətlə yetirdiyi üçün 10 000-ə əlavə olaraq hər iki qətl üçün ömürlük həbs cəzasına layiq görülmüşdür.

28 qat ömürlük həbs cəzası

Florida da Bobbi Co Lonq silsilə qətllər törədən və təcavüzkar bir şəxs idi. O 28 ömürlük həbs cəzasına layiq görülmüşdür. Səbəb isə onun 50-dən çox qadına təcavüz etməsi və təxmini bu qadınların yarısını qətlə yetirməsidir. Bobbi Co X-xromosomunun artıqlığı ilə doğulmuşdu və buna görə də yetkinlik yaşına çatdıqda onun sinəsi böyüməyə başladı. Bu onda cinsi narahatlıqlara və ailəsində tez-tez baş verən mübahisələrə səbəb olmuşdu. Beləliklə bütün bunlar onun bir cinayətkar olmasına səbəb oldu.

25 qat ömürlük həbs cəzası

Kaliforniya ştatında Xuan Korona öz əkin sahəsində işlətdiyi 25 fəhləni qətlə yetirib. Qısa zaman ərzində, daha dəqiq 1 il ərzində Xuan onun üçün işləyən 25 fəhləni qətlə yetirmiş və onların qalıqlarını öz fermasında basdırmışdı. Bu cinayətinə görə o 25 qat ömürlük həbs cəzasına layiq görülmüşdür.

7109 il

1969-cu ildə iki iranlı şəxs hər biri ayrı-ayrılıqda olmaqla 7109 il azadlıqdan məhrum ediliblər. Onlar şərq qayda-qanunlarına əsasən mühakimə olunublar və onların törətdikləri cinayət gizli saxlanılmışdır. Əsr olaraq hesablasaq onların hər biri 71 əsrlik həbs cəzasına layiq görülmüşlər.

2 minillik həbs cəzası

Oklahoma ştatında təcavüzdən tutmuş oğurluqla da məşğul olan Darron Bennalford Anderson 2 minillik müddətinə azadlıqdan məhrum edilib. Daha sonralar törətdiyi digər cinayətlərə görə də məsuliyyətə cəlb olunaraq, daha bir neçə minillik həbs qazanmış və 20 minillik müddətinə azadlıqdan məhrum edilmişdir. 1997-ci ildə o şikayət ərizəsi ilə məhkəməyə müraciət etdi və ona güzəşt edildi. Bunun nəticəsi olaraq o, 12 844 il sonra azadlığa çıxa biləcəkdi.

845 il

2000-ci ildə Şalom Vays 2000 il müddətinə azadlıqdan məhrum edildi. Şalom adi katib idi və təqaüd bazasına daxil olmağın yollarını bilirdi. O bir çox amerikalı təqaüdçünü qarət edərək gizlənmişdi. Sonunda federal axtarışa verilərək həbs olundu. Bir müddətdən sonra o qərara etiraz etdi və 2000 illik həbs cəzası 845 ilə endirildi.

330 il

Q. Şmidt investorlara böyük mənfəət vəd edərək onların hesabına özü milyonlarla dollarlar qazanıb. İnvestorların pulu ilə o öz şəxsi borclarını ödəmiş və əxlaq normalarından kənar həyat tərzi keçirmişdir. Törətdiyi qanunsuzluq səbəbindən o ABŞ həbsxanasında 330 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hal-hazırda o şərti olaraq, vaxtından əvvəl azad olunmağa ümid edir.

265 il

1996-cı ildə Rayn Brandt və Ceffri Kolli hər birinə ayrılıqda olmaqla 530 il həbs cəzası almışdılar. Onlar qətl, təcavüz, talan və soyğunluqla məşğul olurdular və onlara hökm oxunduqda çox təəccüblənmişdilər. Belə ki, onlar təxmini hər qardaşa 40 il cəza düşünürdülər.

160 il

2001-ci ildə Pittsburqda Kit O’Vud 5 qadına təcavüz etdiyi üçün 160 illik həbsxana həyatına məhkum olunmuşdur. Kit tənha qadınların evinə girərək öldürməklə hədələyərək onlara təcavüz edirdi. Həmin insanın Kit olduğunu DNT analizi nəticəsində müəyyən etmişlər. O hər şeyi inkar etsə də, DNT analizi təcavüzkarın məhz o olduğunu 100 faiz təsdiq etmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər