15 C
Baku
Friday, March 29, 2024

Ən yaxşı onlayn magistr proqramları

Bir çox tələbələr magistr proqramları ilə maraqlanırlar, lakin, əfsuslar olsun ki, müəyyən problemlərə görə bir çox nəfər əyani oxuya bilmirlər. Lakin bugünkü gündə özəl və dövlət universitetləri akkreditləşmiş onlayn magistr proqramları təqdim  edirlər. Müstəqil təşkilatların və professional akkreditləşmə mərkəzlərinin tədqiqatları əsasında tərtib olunan reytinqlərdən yararlanaraq siz bu cür proqramlarla tanış ola bilərsiniz. 

Akkreditləşmə

Müxtəlif istiqamətlərdə ən yaxşı onlayn magistr proqramları müvafiq sahələrdə professional akkreditləşmə təşkilatları tərəfindən akkreditləşmə alıblar. Məsələn, ən yaxşı tibb bacısı onlayn proqramları Tibb Bacıları Hazırlıq  üzrə Kollegiyasının Komissiyası (Commission on Collegiate Nursing Education) tərəfindən akkreditləşmə qazanıblar. Bu komissiyanın fəaliyyəti biləvasitə olaraq müvafiq sahədə təhsil səviyyəsinə nəzarət etməklə əlaqəlidir.
Bu cür təşkilatlar adətən öz yoxlamaları nəticəsində ən yaxşı onlayn proqramlarının siyahısını ictimaiyyətə bildirirlər.

Onlayn reytinqlər

Online Education Database (OEDb) qeyri-kommersiya təşkilatı müstəqil şəkildə tədqiqatlar aparır və U.S. News & World Report kimi hər il universitetlərinin ən yaxşı onlayn proqramlarını təyin edirlər. Universitetlər arasında ən yaxşı onlayn proqramları Upper Iowa University və Western Governors University-dir.

online_masters_2

Dövlət universitetlərinin sistemi

ABŞ və Avropanın ən yaxşı dövlət universitetlərinin əksəriyyəti onlayn magistr proqramları təqdim edirlər. Bu universitetlərin nəzdində bir çox institutlar var. Məsələn, University of Texas System’s UT TeleCampus 15 dövlət məktəbini birləşdirən proqramlar təqdim edir.
Həmçinin The University of North Carolina Online-ın magistr proqramına 16 tədris institutu daxildir.

U.S. News & World Report

U.S. News & World Report  ali təhsil müəssisələrinin səriştəli və geniş reytinqini təqdim edir. U.S. News & World Report-un reytinqlərində ən yaxşı onlayn magistr proqramını tapmaq üçün siz sizi maraqlandıran sahəni seçməli və universitetlərin və onlayn proqramların siyahılarına baxmalısınız.

online_masters_1

U.S. News & World Report-un 2012-ci il üzrə reytinqi:

1. Boston University

2.Northwestern University

3.Ohio University

4.University of Southern California

5.University of St. Mary

6.Sacred Heart University

7.Loyola University of New Orleans

8.University of Maryland

9.Villanova University

10.University of Illinois

Son xəbərlər
Digər xəbərlər