15 C
Baku
Saturday, April 20, 2024

Ən yüksək gəlirli futbol məşqçiləri

İdmanın da bir biznes olduğunu unutmayaq, üstəlik də bu çox milyardlı bir biznes olarsa. Pullar artıq çoxdandır ki, meydanda açar mövqeyə sahibdir və komandalara ən bahalı futbolçuları almaq imkanı yaradır. Maraqlıdır ki, futbol məşqçiləri uzun müddət futbolçulardan daha az gəlir əldə etmişlər. Lakin son illər vəziyyət qəfil olaraq dəyişdi. Aşağıda sizə dünyanın ən çox əmək haqqı əldə edən milli komandaların futbol məşqçilərinin siyahısını təqdim edirik:

7. Vicente Del Bosque, İspaniya: ildə 3,26 milyon dollar

125012.640xp

Del Bosque 2008-ci ildə bu vəzifəyə təyine dilib və ən yaxşı futbol məşqçilərindən biri hesab edilir. Komanda onun rəhbərliyi altında ilk dəfə 2010-cu ildə Dünya kubokunu, 2012-ci ildə Avropa kubokunu əldə edib. Onun işlədiyi klublardan danışdıqda isə Real Madrid klubunu qeyd etmək lazımdır. Klub cəmi üç il ərzində 5 nəhəng turnirdə qalib gəlməyi bacarmışdı. Del Bosque aktivində Dünya kuboku, Avropa kuboku və UEFA çempionlar liqasının kuboku olan yeganə məşqçidir.

6. Joachim Loew, Almaniya: ildə 3,48 milyon dollar

125013.640xp

O 2006-cı ildə Almaniya yığmasına rəhbərlik edir və milli yığmanı ən güclü komandalardan biri etməyi bacarıb. Hər şey məşqçinin irəli sürdüyü aqressiv oyun tərzindədir. O ötürmə anında oyunçunun topla keçirdiyi vaxtı minimuma endirib və ekspertlər əmindirlər ki, o istədiyinə nail olub. Almaniya yığmasının artıq çoxdandır iri çempionatlarda qalib gəlməməsinə baxmayaraq, onun cari çempionatda qalib gəlmək ehtimalı yüksəkdir.

5. Ottmar Hitzfeld, İsveçrə: ildə 3,61 milyon dollar

125014.640xp

Hitzfeld Almaniyanın iki nəhəng klubu ilə işləyib və onları yüksək mükafatlarla təmin edib. Borussiya komandası onun rəhbərliyi altında UEFA çempionlar liqasının kubokunu əldə edib. Bundan əlavə o, Bavariya komandasının tarixi boyu ən yaxşı məşqçi seçilib. Daha sonradan o İsveçrə yığmasının məşqçisi vəzifəsinə keçib. Ottmar bu çempionatdan sonra təqaüdə çıxacağını elan edib.

4. Luiz Felipe Scolari, Braziliya: ildə 3,83 milyon dollar

125015.640xp

Braziliyalı məşqçi artıq uzun illərdir öz komandası ilə işləyir. Hələ 2002-ci ildə o milli komandanın meneceri idi və Dünya kubokunu qazanmağa kömək etmişdi. Braziliya çempionatda qalib gəldikdən sonra o komandanı tərk etmişdi. O bir neçə il ərzində Küveyt və Portuqaliya milli komandalarına məşqçilik etmişdir. Portuqaliyalılar onun  rəhbərliyi altında 2004-cü ildə Avropa kubokunun finalına çıxa bilmişdi. Bundan əlavə o İngiltərənin Chelsea klubunda da işləmişdir.

3. Claudio Cesare Prandelli, İtaliya: ildə 4,16 milyon dollar

125016.640xp

Prandelli 2010-cu ilin may ayından İtaliya yığmasının məşqçisidir. O 80-ci illərdə futbolçu olub  və Yuventus klubunda oynayıb. Hazırda isə Prandelli dünyanın ən yüksək gəlir əldə edilən baş məşqçilərindən biridir.

2. Roy Hodgson, İngiltərə: ildə 4,91 milyon dollar

125017.640xp

Roy Hodgson dünyanın ən yüksək gəlirli məşqçilərindən biri olmaqla yanaşı, ən çox komanda idarə etmiş məşqçilərdən də biridir. O müxtəlif dövrlərdə 8 ölkədən 16 futbol klubunu idarə edib. O həm yığma, həm də klublarda işləyib. Yığma komandalara gəldikdə bunlar İsveçrə, Finlandiya və Böyük Britaniya yığma komandaları olub.

1. Fabio Kapello, Rusiya: ildə 10,84 milyon dollar

125018.640xp

Fabio Kapello bu siyahıya liderlik edir. O 2012-ci ilin iyul ayından Rusiya yığmasına rəhbərlik etməyə başlayıb. O artıq əhəmiyyətli nəticələrə nail ola bilib və Rusiya yığmasını çempionata gətirib çıxara bilib. O həmçinin bildirmişdir ki, 2018-ci ildə Rusiyada keçiriləcək çempionata qədər öz vəzifəsində qalmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər