16 C
Baku
Thursday, April 25, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Ən yüksək məbləğdə və ən uzun müddətə təklif edilən nağd pul kreditləri

Ən yüksək məbləğdə və ən uzun müddətə təklif edilən nağd pul kreditləri

0
Ən yüksək məbləğdə və ən uzun müddətə təklif edilən nağd pul kreditləri

Banker.az olaraq məhsulların şərtləri ilə bağlı araşdırmaları davam etdiririk. Bir müddət öncə Bankların təklif etdiyi nağd pul kreditlərinin xərclərini (faiz, komissiya və FİFD) araşdırmışdıq. Növbəti araşdırmamız isə nağd pul kreditləri üzrə maksimal məbləğ və müddət haqqındadır. Həmçinin qeyd etmək istərdik ki, bundan sonra Sizlərə məhsulların şərtlərini təqdim etməklə yanaşı  Sizlərin seçim etməyinizə də yardımçı olacağıq. Belə ki, monitorinq qrupumuz Banklardan müxtəlif yollarla (rəsmi sayt, zəng mərkəzi və s.) əldə etdiyi məlumatlar əsasında analiz apararaq müvafiq göstəricilər və onların kombinasiyaları üzrə “ən yaxşı” ları sizlərə təqdim edəcək. Aşağıdakı cədvəllərdə Sizlərə həm ümumi məlumat (Cədvəl 1) həm də “ən yaxşı” təkliflər (Cədvəl 2) təqdim edilmişdir:

Cədvəl 1

Bank Maksimum məbləğ Maksimum müddət
AccessBank 20 000 AZN 24 ay
AFBBANK 10 000 AZN 12 ay
AzeturkBank 10 000 AZN 24 ay
Bank Avrasiya 10 000 AZN 12 ay
Bank BTB 5000 AZN 36 ay
Bank Melli İran 5000 AZN 24 ay
Bank of Baku 10 000 AZN 36 ay
Bank Respublika 10 000 AZN 24 ay
DəmirBank 100 000 AZN 60 ay
ExpressBank 10 000 AZN 36 ay
Günay Bank 2000 AZN 12 ay
Kapital Bank 20 000 AZN 36 ay
NaxçıvanBank 20 000 AZN 18 ay
NBCBank 10 000 AZN 60 ay
NikoilBank 7000 AZN 24 ay
Rabita Bank 3000 AZN 18 ay
TuranBank 5000 AZN 18 ay
Unibank 15 000 AZN 36 ay
YapikrediBank 10 000 AZN 36 ay
Ziraatbank 15 000 AZN 36 ay

 

Cədvəl 2

Ən uzun müddətə (36 ay) kredit təklif edən Banklar
Bank BTB
Bank of Baku
Express Bank
Kapital Bank
NBC Bank – 60 ay
UniBank
YapıKrediBank
Ən yüksək məbləğdə (15 000 – 20 000)  kredit təklif edən Banklar
AccesBank
Kapital Bank
NaxçıvanBank
UniBank
Müddət və məbləğ nəzərə alınmaqla ən əlverişli təkliflər
Kapital Bank
UniBank