15 C
Baku
Saturday, April 27, 2024

Ər-Riyad: Neft artıqlığı hələ gələn il də davam edəcək

Səudiyyə ərəbistanının Energetika naziri Xalid al-Falih dünyada yaşanan neft artıqlığının 2018-ci ildə də davam edəcəyini bildirib.

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, nazir bununla yanaşı, ölkəsinin neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına hazır olduğunu qeyd edib.

OPEC təşkilatına üzv ölkələr tərəfindən əldə edilən sözügedən razılaşmanın müddətinin uzadılması məsələsi növbəti dəfə noyabr ayının sonunda müzakirə ediləcək. Təşkilatın müqavilənin müddətini uzatmaq ilə bağlı qərarını 2018-ci ilin sonuna qədər verəcəyi güman edilir.

Al Falih həmçinin bildirib ki, bunun istehlakçıları çaşqınlığa salmaması üçün neft qiymətlərinin həddindən artıq sürətlə artmasını istəmir və əlavə edib ki, OPEC+ müqaviləsindən çıxış mütəmadi olaraq baş tutacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər