19 C
Baku
Thursday, April 25, 2024

Əsas Müştəri Qrupları ilə iş üzrə Mütəxəssis – Bakcell

Vakansiya haqqında
Departament: Satış
Şöbə: Satış və Məhsul Marketinqi

İş qrafiki: Standart

İş yeri: Port Baku Cənub Qülləsi

Son müraciət tarixi: 06.04.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

  • Rəhbərlik tərəfindən təyin olunmuş müvafiq satış planlarını yerinə yetirmək
  • Həftəlik, aylıq və illik hədəfləri yerinə yetirmək
  • Əsas müştəri qruplarına Bakcell şirkətinin məhsul və xidmətlərini təklif etmək
  • Əsas müştəri qrupları ilə müqavilə bağlamaq
  • Trendlər, bazardakı fəaliyyətlər və rəqiblər barədə məlumatlı olmaqla məhsulları təkmilləşdirmək və ya yeni məhsulların təqdim olunması yollarını müəyyənləşdirmək
  • Əsas müştəri qrupları ilə əməkdaşlığı qorumaq və xidmətlərin təkmilləşdirilməsi üçün tövsiyələr vermək
  • Həftəlik, aylıq və illik hesabatlar hazırlamaq

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

  • Ali təhsil
  • Satış və ya Müştəri Xidmətləri sahəsində 2-3 il iş təcrübəsi (FMCG və Sığorta sahəsində müvafiq təcrübə üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

  • Ünsiyyət qurma bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Komanda işi və Əməkdaşlıq
  • MS Office Proqramlarını bilmək
  • Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
  • ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

  • CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Əsas Müştəri Qrupları ilə iş üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər